Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:24

DİN-dən dövlətə sadiqlik yazısı


Polis müxalifətin aksiyasında, 19 iyun 2010
Polis müxalifətin aksiyasında, 19 iyun 2010
Daxili İşlər Nazirliyinin rəsmi saytında «Problem cəmiyyətimizdə deyil, cənab «bəy»lər, sizin xislətinizdədir» sərlövhəli yazı yer alıb.

Yazıda 6 il əvvələ qayıdılır və DİN-in şəxsi heyətinin dövlətə, xalqa və prezidentə sədaqətindən bəhs edilir. Orada qeyd edilir ki, bəzi xarici qüvvələrin «rəngli inqilablar» xülyasının tərəfdarı olan radikal müxalifət onların bu sadiqliyinin şahidi oldular:

«İndi Şimali Afrikada baş verən proseslərdən yararlanmağa çalışan belə avantüristlər ətraflarında dolanan bir qrup gəncimizi şəxsi ambisiyalarının aləti kimi istifadə etməyə səy göstərirlər. Amma unudurlar ki, əsl Azərbaycan gəncliyi belə avantüralara uyan deyil».

Yazıda daha sonra bəzi xarici ölkələrdə gedən hadisələrə toxunulur: «Şimali Afrikada və Yaxın Şərqin bəzi dövlətlərində qırğınlarla, böyük dağıntılarla və hakimiyyətin zorla dəyişdirilməsi ilə nəticələnən proseslərin sonda həmin ölkələrin xalqları üçün nə ilə yekunlaşacağını gələcək göstərəcək. Necə deyərlər, zaman ən böyük və ədalətli hakimdir».

Yazıda deyilir ki, «Azərbaycanı hər hansı bir Şərq, yaxud Qərb dövləti ilə müqayisə etməyin. Ölkədə inqilab, üsyan, yaxud vətəndaş müharibəsi üçün münbit şərait olduğunu düşünməyin özü, ən azından qərəzli yanaşmadır».
Daha sonra yazıda, müəyyən fədakarlıqlar yada salınmaqla yanaşı, hədə və etiraflara da yer verilir:

«Əməkdaşlarımız və hərbi qulluqçularımız sabitliyin təminində, əmin-amanlığın qorunmasında, qanunsuz aksiyaların qarşısının alınmasında hər zaman öz həlledici sözünü demiş və bundan sonra da deyəcəklər. Bunu heç kim, həmçinin Azərbaycan polisinə ünvanlanmış «şanlı» müraciətin müəllifləri də unutmasınlar».
Məqalənin sonunda son illər ərzində müxtəlif sahələrdə qazanılan uğurlar sadalanır. Ölkədəki dəyişikliklərin yalnız siyasi, sosial-iqtisadi islahatların təkamül yolu ilə dinc və mərhələli şəkildə həyata keçirilməsindən asılı olduğu bildirilir.
XS
SM
MD
LG