Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:56

Avropa Məhkəməsi: Rusiya Xodorkovskiyə təzminat ödəməlidir


Neft biznesmeni Mixail Xodorkovski və onun həmkarı Platon Lebedev
Neft biznesmeni Mixail Xodorkovski və onun həmkarı Platon Lebedev
Avropa Məhkəməsi bildirib ki, Rusiyalı neft biznesmeni Mixail Xodorkovskinin həbs ediləndən sonra onun hüquqları pozulub. Ancaq məhkəmə Xodorkovskinin siyasi motivlərlə həbs olunması ilə bağlı şikayətini rədd edib.

Rusiyanın varlı iş adamlarından olan Xodorkovski bir dəfə 2003-cü ildə həbs olunub, o, sabiq Rusiya prezidenti Vladimir Putini açıq tənqid edən adam kimi tanınırdı.

Mixail Xodorkovski və onun həmkarı Platon Lebedev vergidən yayınmada və dələduzluqda ittiham olunur. Ötən ilin dekabrında keçirilən məhkəmədən isə onların həbs müddəti 2017-ci ilə qədər uzanıb.

Ötən həftə Moskva məhkəməsi ona verilən 14 il həbs cəzasının bir ilini azaldıb.

Hər ikisi ittihamları rədd edir.

35 MİN DOLLARLIQ TƏZMİNAT

Strasburqda yerləşən Avropa Məhkəməsi Rusiyanın Xodorkovskiyə 35 min dollar təzminat ödəməsi barədə qərar çıxarıb. Bu məbləğə həm məhkəmə xərcləri, həm də Xodorkovskinin hüquqlarının kobud şəkildə pozulduğu üçün ona kompensasiya daxildir.

Məhkəmə onun birinci dəfə saxlanmasını və məhkəməsini qanunsuz sayıb.

Xodorkovski məhkəmə zalında

Xodorkovski birinci dəfə kriminal hadisəyə şahid olması ittihamı ilə saxlanıb.
Amma Strasburq məhkəməsi deyir ki, istintaqçıların sürətlə belə bir ittiham irəli sürməsi «onların belə nəticəyə» hazırlaşdığını və Xodorkovskinin sadə şahiddən çox cavabdeh olmasını istəmələrini ehtimal edir.

Hakimlər həmçinin hakimiyyəti onun məhkəməyə qədərki saxlanmasını əsaslandırmadan iki dəfə artırılmasını da ittiham ediblər.

«ORTAYA DƏLİL-SÜBUT QOYULMAYIB»

Məhkəmə Xodorkovskinin siyasi motivlərlə həbs olunma ilə bağlı şikayətini rədd edib.

«Xodorkovskinin işi Rusiya hakimiyyətinin onu təqib etməsi ilə bağlı şübhələri artırmalıdır, amma ortaya bu şübhələri əsaslandıran dəlil-sübut qoyulmayıb», - hökmdə deyilir.

Hökmdə Xodorkovskinin məhkumluğuna yenidən baxılmasını ifadə edilmir.
Avropa Məhkəməsi 2007-ci ildə Lebedevin barəsində verdiyi oxşar hökmü onun həbsi ilə bağlı heç bir konkret dəyişikliyə səbəb olmayıb.

Buna baxmayaraq, bu hökmü neft maqnatı üçün qələbə saymaq olar. Üstəlik onun həbsinin şərti cəza ilə əvəz olunması ilə bağlı müraciətinin müsbət cavablandırılacağına ümidləri artırır. Onun vəkilləri mayın 30-da elan ediblər ki, Xodorkovski və Lebedev cəzalarının yarısını çəkiblər və onlar həbslərinin şərti cəza ilə əvəz olunmasını istəyirlər.
XS
SM
MD
LG