Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:34

Nabucco-nun taleyi Azəraycandan asılıdır


Arxiv foto
Arxiv foto
ƏHƏMİYYƏTLİ QƏRARLAR ƏRƏFƏSİ

Alessandro Torello / Wall Street Journal

Azərbaycan müstəqil olandan və Qərb şirkətləri ilə iri neft sazişləri bağlayandan 20 il sonra indi başqa bir təbii ehtiyatına - təbii qazına dair həyati əhəmiyyətli qərarlar qəbul etmək ərəfəsindədir.

Avropa Birliyinin, Avropanın təbii qaz bazarına Rusiyanın təsirini azaltmaq planının mərkəzində dayanan Nabucco qaz kəmərinin taleyi bu qərardan asılıdır.

Bir neçə ilə Azərbaycanın neft istehsalının pik həddinə çatacağı gözlənilir. Həmin müddətdən sonra Xəzər sahilindəki bu ölkədə yaşanan bumu davam etdirmək üçün qaz həlledici faktor olacaq. Bu həm də Avropa üçün həlledici məsələdir. Nəzərə alsaq ki, Almaniya və İtaliyanın nüvə enerjisindən imtina etməsindən və Avropanın istixana effektli qazları azaltmaq qərarından sonra qitənin təbii qazdan asılılığı daha da artacaq.

Nabucco boru kəməri Avropa komissiyasının Rusiya qazından asılı olan Şərqi Avropaya kifayət qədər qaz nəql etmək üçün nəzərdən keçirdiyi layihələrindən biridir. Lakin rəqib layihələrdən həcminə görə üç dəfə böyük olan Nabucco indi perspektivli görünmür. Bu ilin sonuna qədər Azərbaycan özünün Şahdəniz 2 yatağından çıxarılacaq qazın uzunmüddətli alıcılarını müəyyən etməlidir.

QAZ AVROPAYA NƏQL OLUNACAQ

İlham Əliyev
İyun ayında Bakıda keçirilən konfransda Azərbaycan prezidenti İlham Əliyev bir daha bildirib ki, ölkəsinin təbii qazı Avropaya nəql olunacaq. Ancaq hansı marşrutla, bunu deməyib.

Bu qərara təsir edə biləcək şəxslərdən biri İlham Əliyevin dostu, Dövlət Neft Şirkətinin vitse prezidenti Elşad Nəsirovdur. Neft Şirkəti Şahdəniz konsorsimunda 10 faizlik paya malikdir. BP və Statoil şirkətlərinin hərəsi 25 faizlik payı var. Bu yataqda ildə 16 milyard kub metr qaz hasil olunacağı gözlənilir. Onun da 10 milyardı Avropaya nəql olunacaq.

Elşad Nəsirov bildirib ki, ARDNŞ hələlik daha kiçik boru kəmərləri layihəsinə üstünlük verir. Sonradan isə ehtiyac olduqca bunun həcmini genişləndirəcək. Bu isə Nabucconun rəqibi olan İTGİ və Trans Adriatic boru kəməri layihələri üçün əlverişlidir. İTGİ-nin sponsoru İtaliyanın Edisson şirkətidir.

Arxiv foto
Nabucco konsorsiumuna isə Avstriyanın OMV və Almaniyanın RWE AG şirkətləri daxildir. Oktyabr ayına qədər bu şirkətlər qaz alınması ilə bağlı öz təkliflərini təqdim etməlidirlər. Sonra isə ARDNŞ və onun Şahdəniz 2 konsorsimu üzrə tərəfdaşları üç ay ərzində qərar qəbul etməlidirlər.

TÜRKMƏNİSTAN NABUCCOYA QOŞULA BİLƏR

İyun ayında Bakıdakı konfransda Avropa Birliyinin enerji komissarı Gunter Oettinger Nabucco kəmərini qazla dolduracaq potensial mənbələrdən biri kimi Türkmənistanın adını çəkib.

Avropa Birliyi Türkmənistanla Azərbaycan arasında danışıqlar aparmaq üçün Gunter Oettingerə mandat verib. Ekspertlərin çoxu isə qısa müddətdə Türkmənistan qazının Qərbə ixrac olunacağına şübhə ilə yanaşır.

Nabucconun başqa bir potensial təchizatçısı isə İraq sayılır. Ancaq yaxın perspektivdə bu variantdan istifadə olunacağı görünmür.
XS
SM
MD
LG