Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 06:05

«İnsan haqları uğrunda» İctimai Hərəkatın ofisi açıldı


«İnsan haqları uğrunda» İctimai Hərəkatın ofisi açıldı
«İnsan haqları uğrunda» İctimai Hərəkatın ofisi açıldı
Bir neçə həftə bundan əvvəl yaradılan «İnsan haqları uğrunda» İctimai Hərəkatın ofisi açıldı.

Hərəkatın rəhbəri Eynulla Fətullayev bildirdi ki, ofisləri təzə açılsa da, hərəkat artıq fəaliyyətdədir:

«Biz Avropa Şurasının katibliyi və Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi Kristofer Ştrasser ilə məsləhətləşmələr apardıq. Qərara aldıq ki, noyabrın 4-də Bakıda QHT-lərin, insan haqları müdafiəçilərinin, təşəbbüs qruplarının iştirakı ilə konfrans keçirilsin. Avqustun axırına kimi konfransın gündəliyini Strasburqa yollamalıyam və bu məsələ monitorinq qrupunun keçirdiyi iclasda müzakirə olunacaq. Cənab Ştrasserin Azərbaycana səfəri zamanı onunla siyasi məhbusların ailələrinin görüşünü təşkil edəcəm. Bu da konfrans panelinin daxilində olacaq. Cənab Ştrasseri bu konfransa da buraxmasalar, bu, böyük beynəlxalq qalmaqal olacaq».

Hərəkatın ictimai əlaqələr, siyasi məhbuslar və hüquq üzrə departamentləri var.

Eynulla Fətullayev dedi ki, hazırda həbsxanalarda monitorinq keçirmək üçün layihə hazırlayırlar, Ədliyyə Nazirliyinə də müraciət olunub:

«Həbsxanada monitorinq keçirən insanları, hətta Ədliyyə Nazirliyinin rəhbərini də aldada bilərlər, amma məni aldada bilməzlər. Çünki mən keçmiş məhkumam və hesab edirəm ki, Azərbaycan həbsxanalarında çox ciddi problemlər var. Hökumət həqiqətən də penitensiar xidmətdə islahatlar istəyirsə, bizim monitorinqimiz təmin olunmalıdır. Mən bir şərt irəli sürdüm ki, monitorinqimiz yalnız beynəlxalq təşkilatların maliyyə dəstəyi ilə olmalıdır, əks halda, biz müstəqilliyimizi qoruya bilmərik».

Bundan başqa, hərəkat AXCP fəalı Cabbar Savalanlının azad olunması üçün müxtəlif tədbirlər həyata keçirməyi planlaşdırır. Bunlardan biri də prezidentdə teleqram aksiyasıdır. Bunun üçün sadə vətəndaşlara müraciət olunacaq. Hədəf 5 min nəfərdir.
XS
SM
MD
LG