Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:18

Mehman Əliyev: «Bizi «mədəni» şəkildə polisə dəvət etdilər»


Sabirabad, 8 may 2010
Sabirabad, 8 may 2010
«Kür» Vətəndaş Cəmiyyətinin Sabirabad və Saatlı rayonlarında daşqından zərərçəkənlərlə görüşünə polis müdaxilə edib.

Bu barədə AzadlıqRadiosuna həmin rayonlara səfər edən Cəmiyyət üzvləri - Mehman Əliyevlə Oqtay Gülalıyev məlumat verib.

Sabirabadda görüş baş tutmayıb, Saatlıda isə görüşü çətinliklə də olsa, keçirə biliblər.

Mehman Əliyev:

«Əvvəl biz Sabirabada getmişdik. Bizi «mədəni» şəkildə polisə dəvət etdilər. Getdik, söhbət etdik. Amma Saatlı polisinin hərəkəti kobud oldu. Deyirdilər maşından çıx. Sən kimsən? Bura niyə gəlmisən?».

Mehman Əliyev deyir ki, Daxili İşlər Nazirliyinə və Saatlı rayon Polis İdarəsinin rəisinə müraciətdən sonra problem aradan qalxıb:

«Rəis dedi ki, adamların toplaşması barədə siqnal alıblar. Bundan sonra polis məsələ ilə maraqlanıb.
Oqtay Gülalıyev
Oqtay Gülalıyev
Dedi başqa bir problem yoxdur».

«Kür» Vətəndaş Cəmiyyətinin əlaqələndiricisi Oqtay Gülalıyev isə deyir ki, Sabirabadda polis onların olduğu avtomobili əhatəyə alıb, hərəkət etməyə imkan verməyib. Bundan sonra onlar rayon polis rəisinin otağına dəvət ediliblər. 2 saata yaxın onlarla rayona səfərləri barədə söhbət aparılıb.

Sabirabad rayon Polis Şöbəsinin rəis müavini Rauf Məcidov AzadlıqRadiosuna Cəmiyyətinin üzvləri ilə söhbət aparıldığını təsdiqləyib. Amma onların səfərinə və görüşün keçirilməsinə maneə yaradılmadığını deyib.

Saatlı polisindən isə deyilənlərə münasibət öyrənə bilmədik.

«Kür» Vətəndaş Cəmiyyəti 2010-cu ilin mayında Kür-Araz çaylarının daşmasından sonra yaradılıb. Cəmiyyət daşqın zonasında mütəmadi monitorinqlər aparır.
XS
SM
MD
LG