Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:25

Zaqatalada xəstələr qonşu rayonlara köçürülüb


Zaqatala, 10 may 2012
Zaqatala, 10 may 2012
Son zəlzələdən sonra Zaqatalada uçan və qəzalı vəziyyətə düşən obyektlərin sayı artıb.

Bu barədə «APA»ya Zaqatala rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elman Ramazanov bildirib.

O deyib ki, mayın 18-i axşam saatlarında baş verən 6 ballıq zəlzələ nəticəsində rayondakı qəzalı vəziyyətdə olan evlərin əksəriyyəti uçub, Zaqatala rayon mərkəzi xəstəxanası qəzalı vəziyyətə düşüb.

Zəlzələdən sonra 25 nəfər xəstəxanaya müraciət edib. Onların 24-ü ilkin tibbi yardımdan sonra evə buraxılıb, 1 nəfərin isə ayağı sındığı üçün müalicəsi davam etdirilir.

Xəstəxanada olan şəxslər qonşu rayonların xəstəxanalarına köçürülüb. Rayon mərkəzində çoxmənzilli yaşayış binalarının sakinləri üçün 9 ədəd 50 nəfərlik çadırlar quraşdırılıb və bu proses davam edir.

Mayın 7-də də Zaqatala rayonunda 7 bal gücündə zəlzələ baş verib. İnsan tələfatı olmasa da, 3000 mindən çox tikili uçub və ya qəzalı vəziyyətə düşüb.

Zəlzələnin törətdiyi fəsadları aradan qaldırmaqdan ötrü dövlət büdcəsindən 20 milyon manat vəsait ayrılıb.
XS
SM
MD
LG