Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:06

Ayaz Salayev: “Yeni Kinematoqrafçılar İttifaqına ehtiyac var idi”


Ayaz Salayev
Ayaz Salayev
“Əgər yeni yaradılan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı kinonun inkişafına fayda verməsə, mən özüm bu qurumdan çıxacağam”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında kinoşünas, rejissor Ayaz Salayev yeni yaradılan ittifaqa münasibət açıqlayarkən deyib.

Yeni qurumun yaradılmasına zərurətin olub-olmaması ilə bağlı suala kinoşünas “birmənalı şəkildə bəli” cavabını verib:

“Mən özüm də yeni yaradılan ittifaqın idarə heyətindəyəm. Birmənalı şəkildə deyə bilərəm ki, bəli. Həmkarlarım haqqında mənfi bir rəy vermək istəmirəm. Lakin belə bir cavab vermək üçün mənim səbəblərim var”.

Ayaz Salayev Kinematoqrafçılar İttifaqının katibi Rüstəm İbrahimbəyovun yeni qurumu mövqeyinə və ictimai fəaliyyətinə qarşı atılan addım kimi dəyərləndirməsinə də münasibət bildirib:

“Mən bir daha təkrar edirəm, həmkarlarımla bağlı mənfi fikir səsləndirmək istəmirəm. Təzə ittifaqın fəaliyyəti yaxın gələcəkdə göstərəcək ki, məqsəd kinonun inkişafıdır, yoxsa başqa bir şey. Şəxsən mən görsəm ki, yeni ittifaq kinonun inkişafına heç bir töhfə vermir, özüm onun sıralarını tərk edəcəm”.

“Yeni quruma ayrılacaq maliyyə vəsaitinin Kinematoqrafçılar İttifaqına ayrılması daha məqsədəuyğun olmazdımı” sualına cavab verməyən və həmkarları ilə bağlı konkret fikir bildirməkdən imtina edən A.Salayev sadəcə olaraq yeni ittifaqa maliyyə dəstəyi göstərilməsi lazım gəldiyini bildirib:

“Mənim kino ilə bağlı çoxlu arzularım var. Bu qurum sayəsində onların reallaşacağına inanıram”.

Qafqazinfo
XS
SM
MD
LG