Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:25

“Hətta yenicə doğulmuş qızlara da burka geyindirilməlidir”


Dekabr 2012. Almaniyada burka sərgisindən foto
Dekabr 2012. Almaniyada burka sərgisindən foto
“Hətta yenicə doğulmuş qızlara da burka geyindirilməlidir”. Səudiyyə Ərəbistanının nüfuzlu ruhanisi Sheikh Abdullah Daoud mediada belə bir fikir səsləndirib. O hesab edir ki, burka körpə qızları cinsi təcavüzdən qorumaq üçün lazımdır.

İSLAM DİNİNƏ ZİYAN

Səudiyyəlilər şeyxin fitvasını İslama ziyan vura biləcək bəyanat kimi pisləyiblər.

“The Daily Mail” qəzeti yazır ki, Sheikh Abdullah Daoud-un fitvası ölkədə çox böyük səs-küyə səbəb olub.

Bir çox Səudiyyə vətəndaşları onun İslam telekanallarından birinə verdiyi və sonradan internetə yerləşdirilmiş müsahibəsindən narahat olduqlarını deyirlər. Onların fikrincə şeyxin şərhləri İslam dininə ziyan vurur.

Sheikh Daoud, “əl-Məcd” telekanalına müsabəsibədə iddia edirdi ki, onun çağalar üçün burka təklifi, Səudiyyə Ərəbistanında son vaxtlar körpə qızların zorlanması haqda yayılmış xəbərlərlə bağlıdır.

Ruhaninin müsahibəsi internetdə yayıldıqdan sonra məsuliyyətsiz fitvasına görə şeyxin cəzalandırılmasına çağıranlar da oldu. İslam qanunlarına görə qadınlar yalnız yetkinlik yaşına çatdıqları vaxt hicab geyinməlidirlər.

FİTVALARI YALNIZ HÖKUMƏT RUHANİLƏRİ VERƏ BİLƏR

Səudiyyənin Şikayətlər Şurasının keçmiş hakimi Sheikh Mohammed al-Jzlana deyib ki, Sheikh Daoud-un qeydləri din barədə mənfi rəylərin yaranmasına yol açır.

O, adamları qeyri-rəsmi dini hökmlərə fikir verməməyə və əməl etməməyə çağırıb.

Sheikh Mohammed al-Jzlana xatırladıb ki, fitvalar Səudiyyə qanunlarına uyğun olaraq və hakimiyyət tərəfindən səlahiyyətlənmiş şəxslər tərəfindən verilə bilər. O deyib ki, körpə qızlar üçün burka təklifi uşaq hüquqlarının pozulması deməkdir.


QIZINI ZORLAMAQDA İTTİHAM EDİLƏN VAİZ
“QANPULU” ÖDƏMƏKLƏ AZAD OLUNDU


Mövzuya toxunan Britaniyanın başqa bir qəzeti – “The İndependent” xəbər verir ki, ölkədə daha bir hay-küylü qalmaqal baş verib. Qəzet Səudiyyə mənbələrinə əsaslanaraq yazır ki, “tanınmış ruhani 5 yaşlı qızını zorlayıb və ona işgəncə verib. Buna baxmayaraq “qanpulu” ödədikdən sonra həbsdən azad olunub”.

Ruhani Fayhan al-Ghamdi qızı Lamayani işgəncə ilə öldürməkdə ittiham edilirdi.

Qəzet yazır ki, meyitin kəllə qutusunda, onurğasında, qabırğa və ətraf sümüklərində sınıqlar müəyyən olunub. Rəsmilər bildiriblər ki, uşaq həm də dəfələrlə zorlanıb və bədəninin müxtəlif hissələri yandırılıb.

Səudiyyə qadın hüquqları təşkilatlarından birinin məlumatına görə Fayhan al-Ghamdi 5 yaşlı qızının bakirəliyindən şübhələndikdən sonra, ona işgəncələr verdiyini boynuna alıb.

UŞAQLARINI VƏ ARVADLARINI ÖLDÜRƏNLƏRƏ SORĞU-SUAL YOXDUR

Səudiyyə həbsxanasında ölüm cəzası gözləyən Fayhan al-Ghamdi bir neçə aydan sonra hakimin qərarı ilə azad edilib. Hökmdə qatil atanın sadəcə olaraq “qanpulu” ödəməsinin kifayət etdiyi bildirilir.

Səudiyyə televiziyalarında tez-tez görürən və bu üzdən tanınmış sima olan vaiz, Lamanın anasına 31 min funt sterlinq ödəməklə ağır cəzadan yaxa qurtarıb.

İslam qaydalarına görə, bu kompensasiya sayılır, lakin əgər Lama oğlan usağı olsaydı atası iki dəfə çox pul ödəməli olacaqdı, - yazır “The İndependent”.

Səudiyyə Ərəbistanının amansız qanunlarına baxmayaraq, uşaqlarını və arvadlarını öldürən kişilərə ölüm hökmləri çıxarıla bilməz.

Qəzet xəbər verir ki, Fayhan al-Ghamdi ilə bağlı çıxarılmış hökmdən 3 insan haqları fəalı rəsmi şikayət verib.

Səudiyyə fəalları həmçinin Twitter-də kampaniyaya başlayıblar.

XS
SM
MD
LG