Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:45

Polad Bülbüloğlu: ““Eurovision” qeyri-ciddi müsabiqədir”


-

“Bu, heç də siyasi təzyiq deyil. Məhkəmənin qərarı ilə üç mobil operator səsverməyə dair məlumatları açıqlayıb. Azercell abunəçiləri Dina Qaripovaya 1677 səs, Bakcell abunəçiləri 380 səs, Nar Mobile abunəçiləri 112 səs veriblər. Bu səslər qeydə alınıb, Saxtalaşdırmaq lazım deyil!”

APA-nın məlumatına görə, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Komsomolskaya pravda”ya verdiyi müsahibədə “Eurovision” Təşkilat Komitəsinin bəyanatını belə şərh edib.

Xatırladaq ki, müsabiqə təşkilatçıları Azərbaycan prezidenti İlham Əliyevin səsvermə nəticələrinin araşdırılması haqda sərəncamına mənfi reaksiya veriblər.

“Siz Rusiyada heç kimin Belarusa səs vermədiyinə inana bilərsiniz? Yaradıcı insan kimi, sizə deyə bilərəm ki, Azərbaycanda Rusiyadan olan müğənniyə səs verilməməsi mümkün deyil. Bizim ümumi mədəni köklərimiz var. Bu hadisə Azərbaycanda çoxlarını narahat edib. Hər zəng pul deməkdir. Niyə bir zəngin qiyməti 1,5 dollar olmalıdır? Azərbaycanda Dinaya 2000-dən çox səs verilib. Bu pullar və səslər hanı? Qoy Avropa Yayım Birliyi buna cavab versin!” – deyə səfir bildirib.

Polad Bülbüloğlu Türkiyənin “Eurovision”da iştirakdan imtina etməsinə haqq qazandırıb:

“Biz istəyirik ki, Rusiya cəmiyyəti bunu bilsin: baş verənlər ya texniki xəta, ya da elementar təxribatdır. Onlar isə bunu araşdırmaq əvəzinə... Əslində bu, ümumiyyətlə qeyri-ciddi müsabiqədir. Artıq ora getməkdən imtina etməyə başlayacaqlar. Türkiyə artıq imtina edib – düz də edib”.
XS
SM
MD
LG