Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:32

N!DA-çıların həbsi uzadıldı


«N!DA» Vətəndaş Hərəkatının loqosu
«N!DA» Vətəndaş Hərəkatının loqosu
-

ZAUR QURBANLIYA DAHA 3 AY İŞ VERİLDİ

İyunun 24-də Bakının Nəsimi rayon məhkəməsi «N!DA» Vətəndaş Hərəkatının daha bir üzvü Zaur Qurbanlının həbs qətimkan tədbirinin 3 ay artırılması ilə bağlı qərar verib.

Bu barədə onun vəkili Aslan İsmayılov AzadlıqRadiosuna bildirib.

Aslan İsmayılov qərardan apelyasiya şikayəti verəcəklərini bildirib.

Zaur Qurbanlı talassemiya, bronxial asma xəstəliyindən əziyyət çəkir.

RƏŞADƏT AXUNDOVUN HƏBSİ DAHA 3 AY UZADILDI

Z. Qurbanlıdan əvvəlsə Nəsimi rayon məhkəməsi «N!DA» Vətəndaş Hərəkatının üzvü Rəşadət Axundovun həbs qətimkan tədbirinin 3 ay uzadılması ilə bağlı qərar verib.

Bu barədə gənc fəal Ülvi Həsənli AzadlıqRadiosuna məlumat verib.

Rəşadət Axundov və «N!DA»nın bir neçə üzvü mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq partlayıcı maddələr əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmədə maddələri ilə ittiham edilir.

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi onlara mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq partlayıcı maddələr əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə ittihamı irəli sürüb. İstintaqın iddiasına görə, gənclərin martın 10-da Bakıda kütləvi aksiya zamanı «Molotov kokteyli»ndən istifadəyə hazırlaşırmışlar.
XS
SM
MD
LG