Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:07

«Xədicəyə dəstək» aksiyaçıları saxlanıb


Saxlanan jurnalistlər
Saxlanan jurnalistlər
-
Bir qrup jurnalist avqustun 2-də metronun «Nizami» stansiyasının yanından Fəvvarələr Meydanınacan «Xədicəyə dəstək» adlı səssiz yürüş keçirməyə cəhd göstərib.

JURNALİSTLƏR BURAXILDI

Kimliklərini, yaşayış və qeydiyyat ünvanlarını, siyasi partiyalara üzv olub-olmadıqlarını öyrəndikdən sonra saxlananları sərbəst buraxıblar.

POLİSDƏ DİNDİRİRLƏR

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov AzadlıqRadiosuna bildirib ki, Yasamal polis bölməsinə aparılanların hazırda şəxsiyyətləri müəyyənləşdirilir, onların bu aksiyada iştirak məqsədləri öyrənilir:

«Mən onların jurnalist kimi təqdim olunmasının əleyhinəyəm. Saxlananlar hazırda polisdə dindirilir, araşdırmalardan sonra qanuni tədbir görüləcək».

BAKIDA XƏDİCƏ AKSİYASI

Bir qrup jurnalist avqustun 2-də metronun «Nizami» stansiyasının yanından Fəvvarələr Meydanınacan «Xədicəyə dəstək» adlı səssiz yürüş keçirməyə cəhd göstərib.

Onlar əllərində «4-cü hakimiyyət bizik», «Mənim evim, mənim yatağım korrupsiya deyil», «Xədicə, biz səninləyik» şüarları yazılan plakatlar tutublar.

Polis etirazçıları avtobusa mindirərək Yasamal rayon 27-ci polis bölməsinə aparıb.

AzadlıqRadiosunun hadisə yerində olan müxbiri xəbər verir ki, təxminən 30 jurnalist saxlanıb. Onların arasında aksiyanı işıqlandırmaq istəyən jurnalistlər də olub.

Aksiyaçılar AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılоvаya qarşı şantaj videolarına etiraz edirlər.
XS
SM
MD
LG