Bir qrup jurnalist avqustun 2-də metronun «Nizami» stansiyasının yanından Fəvvarələr Meydanınacan «Xədicəyə dəstək» adlı səssiz yürüş keçirməyə cəhd göstərib. Polis etirazçıları və aksiyanı işıqlandıran jurnalistləri avtobusa mindirərək Yasamal rayon 27-ci polis bölməsinə aparıb.