Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:24

Əli Kərimli yeni vahid namizəddən danışdı


Əli Kərimli
Əli Kərimli
-
«AXCP bu seçkidə öz namizədi ilə o zaman iştirak edə bilər ki, bir yerdə olduğumuz demokratik qüvvələr belə bir razılığa gəlsinlər».

«Azadlıq» qəzeti yazır ki, bu fikirləri AXCP sədri Əli Kərimli partiyanın Ali Məclisinin avqustun 10-da keçirilən sessiyasında deyib.

AXCP sədri bildirib ki, ölkədə demokratik seçki mühiti olsa, partiya təkbaşına hakimiyyətin istənilən namizədinə qalib gəlmək gücündədir:

«Lakin demokratik seçki mühiti olmadığı indiki situasiyada demokratik qüvvələr böyük birlik şəklində seçkiyə getməlidirlər. Yalnız bu halda Azərbaycandakı sülalə rejiminə qalib gəlmək olar».

AXCP sədri Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından imtinasının təsdiqlənməməsini siyasi səbəblərlə izah edib. O, bu problemin Azərbaycanla Rusiya hakimiyyətləri arasında münasibətlərin istiləşməsindən sonra yarandığını vurğulayıb.

Əli Kərimli yeni situasiyanın yarandığını da qeyd edib. Bildirib ki, Rüstəm İbrahimbəyov sənədlərini qaydaya sala bilmədiyi üçün seçkidən kənarda qalma ehtimalı yaranıb.

«Bu halda demokratik qüvvələr İbrahimbəyovun namizədliyi üzərində son məqama qədər israr etməklə yanaşı, onun iştirakı ilə yenidən vahid namizəd müəyyənləşdirməlidir» - deyə partiya sədri bildirib.

Azərbaycanda prezident seçkisi bu il oktyabrın 9-na təyin olunub.
XS
SM
MD
LG