Oktyabrın 21-də semestr imtahanlarının testdən yazılı üsula keçirilməsinə etiraz edən tələbələr istəklərinə nail olublar. Rektor Yusif Məmmədov AzadlıqRadiosuna tələbələrlə görüşdüyünü, onları haqlı hesab etdiyini və yazılı imtahanların gündəlikdən qaldırıldığını deyib.