Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:44

Azərbaycan Universitetinin tələbələri etiraz edir- [Video]


Azərbaycan Universitetinin tələbələri etiraz edir
Gözlə

No media source currently available

0:00 0:04:18 0:00
.
Noyabrın 1-də Azərbaycan Universitetinin 100-dən çox tələbəsi imtahanların yazılı keçirilməsinə etiraz aksiyası keçiriblər. Tələbələr «imtahanlarda açıq sualların olmasına» etiraz etdiklərini, imtahanların test üsulu ilə keçirilməsini istədiklərini deyiblər.
AzadlıqRadiosunun müxbiri hadisə yerindən xəbər verir ki, fakültə dekanları tələbələri sakitləşdirir.

ETİRAZ AKSİYASINDAN OLAN VİDEO VƏ FOTOLAR AZ SONRA SAYTA ƏLAVƏ EDİLƏCƏK
​Tələbələr akt zalında universitet rəhbərliyi ilə görüşən zaman
​Tələbələr akt zalında universitet rəhbərliyi ilə görüşən zaman

​Tələbələri akt zalına toplayıb, suallarını cavablandırırlar.

Tələbələrin universitet rəhbərliyi ilə görüşü təxminən yarım saat çəkib. Ancaq görüşdən çıxan tələbələr yenidən tələblərini qışqırmağa başlayıblar. Onların sözlərinə görə, tələbləri təmin olunmayıb, onlara bildirilib ki, ertəsi gün hər fakültədən 2 nəfər olmaqla görüşə gəlsinlər.
Daha sonra universitetin prorektoru Ağamalı Ağamalıyev yenidən tələbələrin qarşısına çıxıb. O bildirib ki, universitetin təməl prinsiplərini istəklə, tələblə dəyişdirmək olmaz. Ancaq o, məsələyə baxılacağını da sözlərinə əlavə edib.
Tələbələrin bir etirazı da aralıq imtahanlarının başlaması ilə bağlıdır. Yəni gələn həftə ərzində 9 imtahan vermək lazım gələcək ki, tələbələr bunu çatdırmadıqlarını deyiblər. “Hətta bəzi günlərə 2 imtahan düşür ki, buna da hazırlaşmağa fiziki vaxtımız olmur,” tələbələr bildiriblər.
Tələbələr tələblərinin yerinə yetirilməyəcəyi halda etirazı davam etdirəcəklərini deyiblər.

TƏHSİL NAZİRLİYİ DEYİR Kİ...
Təhsil Nazirliyinin saytında bildirilir ki, ali təhsil müəssisələrində kurs imtahanları 1994-cü ildən başlayaraq yazılı şəkildə və ya test üsulu ilə keçirilir. Bu, Təhsil Nazirliyinin 11.10.1994-cü il tarixli 595 nömrəli əmri ilə təsdiq edilmiş «Ali məktəblərin kurs imtahanları və məqbulları haqqında Əsasnamə»yə əsasən aparılır.
Ali təhsil müəssisələrində kredit sisteminin tətbiqi ilə əlaqədar «Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında Əsasnamə» təsdiq edilib. Bu Əsasnaməyə görə, tələbələrin biliyinin qiymətləndirilməsi üçün imtahanların bir qayda olaraq, yazılı şəkildə aparılması nəzərdə tutulur.

*Oktyabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universiteti tələbələri smester imtahanlarının yazılı olmasınaetiraz olaraq aksiya keçiriblər.
Etirazçı tələbələr deyirdilər ki, imtahanların yazılı olması rüşvətə yol açır.

Etirazlardan sonra ADPU tələbələrinin tələbi yerinə yetirilib.
XS
SM
MD
LG