Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:34

Nazir tələbə aksiyalarından danışır...


Mikayıl Cabbarov
Mikayıl Cabbarov
-
Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Universitetində tələbələrin etirazı haqda danışıb.

Trend-in məlumatına görə, Mikayıl Cabbarov jurnalistlərə bildirib ki, imtahan hansı formada keçirilməsindən asılı olmayaraq, şəffaf və obyektiv keçirilməlidir:
«İmtahanın obyektiv və ya qeyri-obyektiv keçirilməsi heç bir şəkildə imtahanın formasından asılı olmamaldıır. Məsələnin bu şəkildə qoyulması- əgər imtahan forması şifahi şəkildədirsə, obyektiv, digər şəkildə qeyri-obyektivdir- bu, ən azı, sadölövlük, ya da bilərəkdən məlumatın qeyri-düzgün şəkildə təqdim olunmasıdır».
M.Cabbarov bildirib ki, istənilən tələbə və ya tələbə qrupunun imtahanların keçirilməsi, imtahan zamanı baş verən qayda pozuntuları ilə bağlı müraciəti olduqda Təhsil Nazirliyi bununla bağlı müvafiq qərar və cəza verməyə hazırdır:
«Ümumilikdə ali təhsil sistemində biliyin qiymətləndirilməsi ilə bağlı aparılan siyasət çox sadədir. Ali təhsil sistemində ümumiyyətlə, təhsil sistemində qanunun aliliyi təmin olunmalıdır. Təhsil Nazirliyi tərəfindən mövqeyimiz birmənalıdır. Bu məsələ həm təhsil verənlərə, həm də təhsilalanlara aiddir. Ona görə qanun çərçivəsində nizam-intizama riayət edilməlidir. Əgər qanun pozuntuları olarsa, bütün tədbirlərin görülməsi, cəzaların tətbiqi təmin olunacaq».

2 UNİVERSİTETDƏ ETİRAZ KEÇİRİLİB...
Oktyabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universiteti tələbələri smester imtahanlarının yazılı olmasınaetiraz olaraq aksiya keçiriblər.
Etirazçı tələbələr deyirdilər ki, imtahanların yazılı olması rüşvətə yol açır.
Etirazlardan sonra ADPU tələbələrinin tələbi yerinə yetirilib.

Noyabrın 1-də isə Azərbaycan Universitetinin 100-dən çox tələbəsi imtahanların yazılı keçirilməsinə etiraz aksiyası keçiriblər. Tələbələr «imtahanlarda açıq sualların olmasına» etiraz etdiklərini, imtahanların test üsulu ilə keçirilməsini istədiklərini deyiblər.
XS
SM
MD
LG