Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:42

Ukrayna müxalifəti erkən seçki tələb edir [Video]


Kiyevdə aksiyaçıları dağıtmaq çəhdi
Gözlə

No media source currently available

0:00 0:00:54 0:00
-

Ukraynada erkən seçki tələb edən müxalifət ümumölkə miqyaslı kütləvi etiraz aksiyaları keçirəcəyini bildirir. Müxalifət liderlərindən olan Arsenyiy Yatsenyuk bildirir ki, artıq milli müqavimət hərəkatının qərargahı da formalaşdırılır:

Kiyev etirazları canlı

Kiyev etirazları canlı

Live streaming video by Ustream


- Bu hökumət getməli, prezidentə etimadsızlıq göstərilməlidir. Asan olmayacaq, amma biz birləşmiş müxalifət ölkəmizdə hər bir vətəndaşımızın azadlığı və hüquqları uğrunda mübarizə aparacağıq. Qərbdəki tərəfdaşlarımıza da səslənib deyirik ki, yalnız danışmaq, bəyanatlar vermək bəsdir, artıq hərəkət zamanıdır.

Yatsenyuk bu bəyanatı şənbə günü səhərə yaxın polisin Kiyevdə Müstəqillik Meydanına toplaşan mitinqçiləri zorla oradan çıxarmasından sonra verib.
Ukrayna hökumətinin Avropa Birliyi ilə Assosiasiya Razılaşması imzalamaqda imtina etməsinə etiraz olaraq günlərdir müxalifət həmin meydanda etiraz aksiyası keçirirdi. Noyabrın 30-u gecə isə xüsusi təyinatlılar mitinqçilərə hücum edib, dəyənəklər altında yüzlərlə adam yaralanıb.

Daxili İşlər Nazirliyindən yayılan rəsmi məlumata görə 35 nəfər saxlanıb, amma az sonra onlar da buraxılıb.

Şənbə günü xüsusi bəyanatla çıxış edən prezident Viktor Yanukovych müxalifətin aksiyası zamanı baş verənlərdən hiddətləndiyini bildirirərk hadisənin təcili şəkildə araşdırılaraq günahkarların cəzalandırılacağını deyib. Amma o, bəyanatında zorakılığın konkret günahkarı kimi heç bir tərəfin adını çəkməyib.

Polisin reydindən az sonra bir neçə min adam Kiyevdə Michael kilsəsinin qarşısına toplaşaraq ölkənin himnini oxumağa başlayıb.

Hazırda həbsdə olan keçmiş baş nazir Yulia Tymoshenko da tərəfdarlarına müraciət edərək president Viktor Yanukovich istefa verənə qədər aksiyaları davam etdirməyə çağırıb.

ABŞ və Avropa Birliyi rəsmiləri də dinc mitinqçilərə qarşı zorakılığı pisləyib, Ukrayna hökumətini toplaşma və ifadə azadlığına qarşı zorakılığa əl atanları dərhal məsuliyyətə cəlb etməyə çağırıblar.

Dekabrın 1-də müxalifətin ölkə boyu daha böyük aksiyaları gözlənir.

****


ABŞ Ukrayna hökumətinin Kiyevdə dinc nümayişcilərə qarşı zorakılıq tətbiq etməsini pisləyib

Ağ Evin noyabrın 30-da yaydığı bəyanatda deyilir ki, ABŞ Ukrayna rəhbərliyini öz xalqının ifadə və sərbəst toplaşmaq azadlığı kimi hüquqlarına hörmətlə yanaşmağa çağırır, xatırladır ki, bu hüquqlar sağlam demokratiyanın əsasını təşkil edir və ABŞın Ukrayna ilə əməkdaşlığına təsir edir.

Noyabr;n 30-na keçən gecə Kiyevdə avrointeqrasiya tərəfdarlarının günlərlə davam edən aksiyası dağıdılib. Təhlükszlik qüvvələrinin zorakı hərəkətləri nəticəsində xəsarət alanların olduğu bildirlir.

«Interfax» agentliyinin məlumatına görə, onların əksəriyyətinin başı yarılıb.

Güc tətbiqi zamanı gözyaşardıcı qazdan istifadə edildiyi, ara-sıra partlayış səslərinin gəldiyi bildirilir.

40-a yaxın aksiyaçı saxlanıb.

Xüsusitəyinatlıların hücumundan əvvəl aksiyaçılar prezident Viktor Yanukovych-in istefasını tələb ediblər.

Noyabrın 21-dən başlayaraq Ukraynada hakimiyyətinin Avropa Birliyi ilə imzalanacaq assosiativ sazişin dayandırmasına etiraz aksiyaları keçirilir.

XS
SM
MD
LG