Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:56

NİDA-çıların məhkəməsində qalmaqal [Video]


İsa Qəmbər «NİDA»-çıların məhkəməsi belə tərk etdi
Gözlə

No media source currently available

0:00 0:01:28 0:00

Məhkəmə iclası başlayan zaman hakim Cavid Hüseynov İsa Qəmbərdən ayağa qalxmasını xahiş və prosesi tərk etməsini istəyib. İsa Qəmbər isə buna etiraz edib. Videonu Simsiz Teleqrafa Mister M. adlı izləyici yükləyib

-
Bakı Ağır Cinayətlər Məhkəməsində «Nida» Vətəndaş Hərəkatı üzvlərinin və Azad Gənclik Hərəkatı fəalının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Budəfəki məhkəmə iclası öncə ötəri gərginliklə başladı – nəzarətçilər NİDA-çıların və Azad Gənclik Hərəkatı üzvünün məhkəmə prosesini izləməyə gələnləri zala gec buraxdılar. İclasın gedişində Müsavat Partiyasının başqanı İsa Qəmbərin və müavini Arif Hacılının məhkəmə zalından çıxarılması izləyicilərə yenidən gərginlik yaşatdı...

HAKİM «QIRMIZI XALÇALI» ZALDA «İSA MÜƏLLİM»İ GÖRÜNCƏ...

Gənclərin məhkəməsi Əli İnsanov, Fərhad Əliyev və Hacı Məmmədovun da mühakimə olunduqları «qırmızı xalçalı» məhkəmə zalında keçirildi. Hər şey məhkəmənin sakit axarda gedəcəyini vəd edir, gözlərdən nə qəzəb, nə biganəlik, nə də ümidsizlik oxunurdu. Hakim Cavid Hüseynov üzünü İsa Qəmbərə tutaraq, «burda İsa müəllimi görürəm... Xahiş edirəm, ayağa qalxın və məhkəmə zalını tərk edin» deyincə, bir anda ortaya gərginlik çökdü.

Müsavat başqanı ayağa qalxmaqdan imtina edib, bildirdi ki, hakim ona bununla bağlı izahat verməlidir:

«Hansı əsasla mən məhkəmə zalından çıxmalıyam? Sadəcə, izah edin görüm, hansı əsasla belə deyirsiniz?».

Sonra belə bir mübahisə yaşandı:

Hakim: – Mən izah etməyə borclu deyiləm.
İsa Qəmbər: – İzah edin...
Arif Hacılı: – İzah etməyə borclusunuz.

Bunun ardınca ittiham olunan gənclər də barmaqlıqlar arxasından «izah elə, izah elə» deməyə başladılar.

Hakim dinmədi.

«GƏLİB GƏNCLƏRİN YANINDA OTURA DA BİLƏRƏM»

İsa Qəmbər (ayağa qalxaraq danışır):

«Mən bu hakimin heç bir qərarından çəkinmirəm. Mən bu rejim rəhbərlərinin mənə aid heç bir qərarından çəkinmirəm. Ona görə, burda belə yekəxanalıq etməyə gərək yoxdur. Əminəm ki, siz evə gedəndə vicdan əzabı çəkirsiniz ki, mən bu günahsız gəncləri niyə həbsdə saxlayıram. İstəyirəm siz və sizin kimilər vicdan əzabı çəkəsiniz ki, belə gəncləri həbsdə saxlayırsınız. Mən gəlib gənclərin yanında otura da bilərəm. Bu, problem deyil. Mən sizin zindanları da, həbsxanaları da görmüşəm».

(Prosesi izləyənlər alqışlayır)

Hakim Cavid Hüseynov (Foto: courts.gov.az)
Hakim Cavid Hüseynov (Foto: courts.gov.az)
Hakim: – Mən xahiş...

İsa Qəmbər: – Siz qanun qarşısında, xalq qarşısında bu cinayətlərə görə cavab verəcəksiniz.

Bundan sonra İsa Qəmbər məhkəmə salonunu tərk etdi.

İttiham edilən gənclər etiraz əlaməti olaraq hakimə arxa çevirdilər.

«MƏHKƏMƏNİ SİYASİLƏŞDİRMƏYİN!»

Müsavat başqanı çıxınca, hakim Cavid Hüseynov zaldakılara xahişlə üz tutdu: «Məhkəməni siyasiləşdirməyin!».

Hakimin müraciəti məhkəmə zalında səsli gülüş doğurdu.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı ayağa qalxaraq «bu siyasi prosesdir» dedi.

Hakim Arif Hacılının da prosesindən çıxarılmasını istədi.

Arif Hacılı bu qərara etiraz edərək bildirdi ki, həbsdə olan gənclər hakimiyyətin siyasətinə görə tutulublar:

«Bu gənclər həm savadına, həm də ləyaqətlərinə görə sizdən üstündürlər».

Hakim, soruşursunuz, nəyə alqışlayırıq? Siz teatr göstərirsiniz, biz də alqışlayırıq...
Hakim məhkəmə nəzarətçilərinə «Bu adamı zaldan çıxarın» əmrini verdi.

Arif Hacılı «məni heç kim zaldan çıxara bilməz. Bizi həbsxanalarla qorxuda bilməzsiniz» deyərək, məhkəmə zalını tərk etdi.

Daha sonra NİDA-çı Məhəmməd Əzizovun istintaqa verdiyi ifadə dinləndi. O, hakimin suallarını susmaqla cavabladı və dindirilmə protokollarını oxumaqdan da boyun qaçırdı.

Məhəmməd Əzizovun susmaqla etiraz bildirməsinə izləyicilər alqışla reaksiya verincə, hakim təpki göstərdi: «Elə alqışlayırsınız, elə bil böyük qəhrəmanlıq olub. Nəyi alqışlayırsınız?».

AXCP Rəyasət Heyətinin üzvü Seymur Həzi suala dərhal reaksiya verdi: «Hakim, soruşursunuz, nəyə alqışlayırıq? Siz teatr göstərirsiniz, biz də alqışlayırıq».

MƏHƏMMƏD ƏZİZOV: «MTN MƏNƏ TƏZYİQ EDİB...»

Məhəmməd Əzizov (Foto: C. Yusif)
Məhəmməd Əzizov (Foto: C. Yusif)
Bir neçə dəqiqə səssiz etirazdan sonra proses davam etdi və təqsirləndirilən Məhəmməd Əzizovun ibtidai istintaqa ifadəsi elan olundu.

O, ilk ifadəsində evində tapılan narkotikin ona məxsus olmadığını, amma aksiyalarda «Molotov kokteyli»ndən istifadə etmək istədiklərini deyib. İbtidai istintaqa verdiyi sonuncu ifadəsində Məhəmməd Əzizov əvvəlki ifadəsindən imtina edərək, həmin ifadəni təzyiq altında verdiyini bildirdi:

«Mənə MTN-də fiziki və psixoloji təzyiq olub. MTN-i buna görə məhkəməyə vermişəm. MTN-də bizim hüquqlarımız pozulub».

MƏHKƏMƏ VƏSATƏTİ RƏDD ETDİ...

Vəkil Nemət Kərimli Milli Təhlükəsizlik Nazirliyində dindirilərkən, təqsirləndirilən Şahin Novruzlunun qanuni nümayəndəsinin dindirməyə qatılıb-qatılmadığının dəqiqləşdirilməsi və fiziki təzyiqə məruz qalması ilə bağlı ekspertiza keçirilməsi barədə vəsatətlər verdi.

Məhkəmə qanuni nümayəndə ilə bağlı vəsatəti baxılmamış saxlasa da, ekspertiza ilə bağlı vəsatəti rədd etdi.

Məhkəmə dekabrın 25-də davam edəcək.
XS
SM
MD
LG