Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:48

Muiznieks: «Tutulanların hamısı buraxılmalıdır»


-

Avropa Şurasının insan haqları Komissarı Nils Muiznieks Azərbaycanda insan haqları sahəsində son hadisələrdən narahatlıq bildirib. Onun verdiyi bəyanatda deyilir ki, Rəsul Cəfərovun həbsi və Emin Hüseynova səyahət etməyə qadağanın qoyulması

Azərbaycanda kriminal ittihamlardan insan haqları müdafiəçilərinə qarşı vasitə kimi istifadə olunmasına daha bir illüstrasiyadır.

Bunlar Leyla Yunusun və Arif Yunusun həbsindən az sonra baş verib. Onlar həbsdə olan fəalların uzun siyahısına əlavə olunub.

Muiznieks bəyanatında bildirir ki, Azərbaycan öz öhdəlklərinə əməl etmir. Bu öhdəliklər ifadə, toplaşma azadlıqlarını təmin etməkdən ibarətdir.

İnsan haqları komissarı hesab edir ki, Azərbaycanın vəziyyəti dəyişməsi zəruridir. Birinci addım belə tutulanların hamısının buraxılmasıdır.Çünki onlar öz baxışlarını ifadə etdiklərinə görə tutulublar.

Muiznieks bildirir ki, o öz narahatlıqlarını Azərbaycan hakimiyyəti qarşısında qaldırmaqda davam edəcək.

Bunlar onun Azərbaycanda insan haqlarının vəziyyəti barədə hesabtının və müşahidələrinin davamı olacaq.

XS
SM
MD
LG