Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:23

Z.Qaralov: «Leyla Yunusa qarşı zorakılıq törədilməsi haqda yazılanlar uydurmadır»


Baş prokuror Zakir Qaralov
Baş prokuror Zakir Qaralov

-
Baş prokuror Zakir Qaralov həbsdəki hüquq müdafiəçisi Leyla Yunusun təcridxana əməkdaşı tərəfindən zorakılığa məruz qalması haqda deyilənlərə münasibət bildirib:

"Yaxınlarda mətbuatda guya Leyla Yunusovaya qarşı hər hansı zorakılıq törədilməsi barədə yayılanlar uydurma məlumatdır. Dərhal ekspertiza keçirilib, heç kəsə xəsarət yetirilməyib" deyə baş prokuror bildirib. “Trend”in məlumatına görə, Z. Qaralov bunu jurnalistlərlə söhbətində deyib.

Baş prokurorun sözlərinə görə, Azərbaycan ictimaiyyəti əmin olmalıdır ki, bu istintaqın tam obyektiv aparılması təmin olunacaq və nəticələri barədə əlavə məlumat veriləcək.

Zakir Qaralov bildirib ki, istinqatın ilk günündən Leyla Yunus tələb etdiyi vəkillə təmin olunub:

Leyla Yunus
Leyla Yunus

"Vəkillə də hər gün, istənilən vaxt görüşürlər. Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq, hüquq və azadlıqları təmin olunur".

Sentyabrın 25-də Leyla Yunusun vəkili Elçin Qəmbərov AzadlıqRadiosuna bildirmişdi ki, təcridxananın əməkdaşı Fəqan Yaqubov onun başına iki dəfə qüvvətli zərbə endirib, başında şiddətli ağrılar var və görmə qabiliyyətini itirməsi ehtimal edilir.

Ədliyyə Nazirliyi Penitensiar Xidməti sentyabrın 25-də yaydığı açıqlamada bu bəyanatın əsassız olduğunu bildirib.

Hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus dövlətə xəyanətdə və Cinayət Məcəlləsinin daha 5 maddəsi ilə ittiham olunur. O ittihamları rədd edir və həbsini siyasi sifariş hesab edir.

“NİDA-ÇILARLA BAĞLI MÜƏYYƏN QƏRAR QƏBUL OLUNACAQ”

Zakir Qaralov həbsdəki 6 NİDA-çının azadlığa buraxılmaları üçün prezident İlham Əliyevə müraciətinə də toxunub: "Həbsdə olan NİDA-çıların əfvlə bağlı müraciəti cənab prezidentə ünvanlanıb. Qərar da möhtərəm prezident tərəfindən qəbul olunmalıdır".

Baş prokurorun sözlərinə görə, ictimai asayişi kobud şəkildə pozmağa cəlb edilmiş şəxslər başa düşməlidirlər ki, Azərbaycan gənclərini dövlətə qarşı yönəldə bilməzlər: "Gec-tez bizim gənclərimiz də başa düşürlər ki, səhv yolda olublar və sözsüz, bununla bağlı müəyyən qərar qəbul olunacaq".

Bakı İstintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxslər - Rəşadət Axundov, Rəşad Həsənov, Üzeyir Məmmədli, Zaur Qurbanlı, Məmməd Əzizov İlkin Rüstəmzadə ölkə prezidenti İlham Əliyevə müraciət ediblər.

XS
SM
MD
LG