Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 09:35

Eldəniz Quliyevin məhkəməsi yekunlaşıb


Milli Şuranın koordinasiya şurasının üzvü Eldəniz Quliyev
Milli Şuranın koordinasiya şurasının üzvü Eldəniz Quliyev

-

Nəsimi rayon məhkəməsi Milli Şuranın koordinasiya şurasının üzvü Eldəniz Quliyev barədə yekun qərar verib. Eldəniz Quliyev 1000 manat cərimə ödəməli, 480 saat ictimai işlə məşğul olmalıdır.

«Yəqin indi mən özümə süpürgə axtarmalı olacam» deyə, Eldəniz Quliyev məhkəmə qərarına istehza edib. Daha sonra «Mən daha ciddi cəza gözləyirdim, buna baxmayaraq yenə də əmin oldum ki, qeyri-qanuni iddia ərizəsini qəbul edən məhkəmə, absurd ittihamlarla davam edən proses siyasi sifarişdir».

Daxili işlər naziri Ramil Usubov Eldəniz Quliyevi məhkəməyə verib. Qaldırılan iddiada Eldəniz Quliyevin təhqir və böhtan maddələri ilə məsuliyyətə cəlb olunması istənilib.

Ramil Usubovun vəkili hakimdən Eldəniz Quliyevin 1 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarmasını istəmişdi.

Eldəniz Quliyev ittihamları qəbul etmir və bunu siyasi fəaliyyəti ilə bağlayır.

XS
SM
MD
LG