Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:37

Yanvarın 22-də AzadliqLive-da nədən danışırıq

-
Yanvarın 22-də axşam 8-də AzadlıqLive proqramında aşağıdakı mövzulardan danışdıq:

- Azərbaycan təhsil reforması - Müəllimlərin maaşı qalxır, yoxsa müəllimlərin sayı azalır?

- Neftcala balıq bazarındakı etirazlardan sonra kütləvi cərimələr

- Ukraynada vəziyyət gərginləşir, Kiyev səfərbərlik elan edir, Donbassda Rusiyaya məxsus hərbi texnika karvanları müşahidə olunur.

GÜNÜN SUALI: 2013-cü ilin aprelində yeni təhsil naziri işinə başladı. Ötən 1 il 9 ay ərzində Azərbaycan təhsilində hansı dəyişikliklər hiss edirsən?.

Burada səs ver və ya blqoun sonunda şərh hissəsinə yaz, müzakirədə sənin də fikrin olsun.

-
Günün əsas mövzuları ətrafında baş verən yeniklər, sosial mediadakı fikirlər və digər maraqlı məqamlar gün ərzində CanlıBloqda yeləşdirilir. Axşam saat 8-də AzadliqLive-i, gün ərzində onun bloqunu burada izlə. Verilişin audio yayımı da burada yerləşdiriləcək. Yeni postlar xronoloji ardıcıllıqla, bloqun əvvəlində yerləşdirilir. Bloqun sonunda göy rəngli "Davamı" düyməsini sıxmaqla bloqu vərəqləmək, günün əvvəlki postları ilə də tanış olmaq mümkündür.

20:47 20.1.2015

AzadlıqLive 20 yanvar buraxılışı haqda bloq burada başa çatır.

Həmin gün aşağıdakı mövzulardan danışdıq:

- 20 Yanvar şahidlərin səsiylə.

- 20 Yanvarla bağlı sərgi.

- Gümrüdə baş verənlər.

Günün sualı: 20 Yanvardan öncəki və indiki vəziyyət - nə dəyşhib?

Səsvermə burada keçirilir. Səs ver, müzakirədə sənin də fikrin olsun.

Gözlə

No media source currently available

0:00 0:24:28 0:00
Direct-ə keçid

Yuxarıda növbəti günlərin mövzularını müzakirə edirik

16:14 21.1.2015

Salam.

Yanvarın 21-də AzadliqLive başlayırıq. Günün mövzusu ilə bağlı sorğu var. ABŞ iqtisadiyyatını böhrandan çıxmağa imkan yaradan əsas şərt nədir. Sorğuya daxil olub, hazır cavablardan birni seç. Sorğunun nəticələri axşam saat 8-də, AzadliqLive canlı efirə gedəndə açıqlanacaq.

17:22 21.1.2015

ABŞ özü dünya oliqarxıdır

Bakıdan Murad adlı oxucumuza yazır ki, dunya bazarı dollar üzərində qurulub. Avropa onunla rəqabətə girmək istədi, alınmadı. Mənə elə gəlir ki, Obamanın böhran dediyi şey elə ABŞ-ın öz işi idi. Məqsədi bazardakı monopoliyasını saxlamaq idi.

Sənin də Obamanın ABŞ-ın böhranı geridə qoyması haqda bəyənatına münasibətin varsa, bizə yaz. günün sualı belədir:


Amerika iqtisadiyyatındakı dönüşü sən necə izah edirədin: düzgün iqtisadi siyasət, ABŞ-ın siyasi gücü, yoxsa, əlverilşli bazar prosesləri?

Davamı

XS
SM
MD
LG