Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:25

Sovet ordusunun cəza dəstələri Tbilisi, Bakı Vilnüsdə...


3 ölkənin "müstəqillik yolu"
Gözlə

No media source currently available

0:00 0:04:04 0:00

3 ölkənin müstəqillik yolu

.

ÜÇ ÖLKƏNİN MÜSTƏQİLLİK YOLU

Müstəqilliyə gedən yol: Azərbaycan, Gürcüstan, Litva...

Azərbaycan Tələbə şəbəkəsi, Gürcüstan tələbə ittifaqı və Litvanın Praqadakı səfirliyinin birgə təşkil etdiyi sərgi belə adlanır. Praqada yanvarın 19-dan başlayan sərgi 90-cı illərdə hər 3 ölkədə baş verən faciəyə həsr edilib. Məkanda bu faciələri əks etdirən fotolardan ibarət lövhələr quraşdırılıb.

Təşkilatçılardan Geda Montvilaite-Sabaitiene deyir ki, sərginin məqsədi çex xalqına bu ölkələrin müstəqilliyinin necə əldə edildiyini göstərməkdir:

“Yenidənqurma vaxtı 1989-cu ildə Gürcüstanda, 90-cı ildə Azərbaycanda, 91-ci ildə isə Litvada qanlı hadisələr baş vermişdi. Ölkələrimizin müstəqilliyini asan və qansız əldə edilmədiyini göstərmək istəyirik.

Çexiyada oxşar hadisələr 1968-ci ildə olub, həmin dövrdə Sovet tankları Praqaya girib və Çexiya xalqı da qurbanlar verib. Ona görə də düşünürük ki, burda bizi daha yaxşı başa düşərlər. Biz kiçik millətlərik və hər dəfə imkan olduqca özümüz haqda məlumatlar verməliyik.”

Yanvarın 19-da keçirilən açılış tədbirinə Cex Respublikasında təhsil alan tələbələr də qatılıb.

Sərgi fevralın 2-dək davam edəcək.

ARD-ARDA YAŞANMIŞ FACİƏLƏR

Sərginin mövzusunu təşkil edən hadisələrə qısa nəzər salaq.

Tbilisi:
1989-cu il Aprelin 9-da keçən gecə Sovet rəhbərliyi Gürcüstanın paytaxtı Tbilisidəki müstəqillik tələbli mitinqi dağıtmaq üçün dinc sakinlərə qarşı qoşun yeridir. Nəticədə 19 nəfər həlak olur və ertəsi gün yüz minlərlə adam Tbilisi küçələrində matəm mitinqi keçirir.

Bakı:
Bir il sonra, 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Sovet hakimiyyəti Azərbaycanda Milli Azadlıq Hərəkatını boğmaq üçün Bakıya cəza dəstələri göndərir. Sovet ordusu Bakıda və Azərbaycanın müxtəlif regionlarında yüzlərlə adamı qətlə yetirir, yüzlərlə adam həbs edilir.

Vilnüs:
1991-ci ildə isə eyni hadisə litvalıların başına gəlir. Yanvarda Sovet qoşunları paytaxt Vilnüsdə SSRİ-nin Litvaya müstəqillik verməsini tələb edən dinc nümayişi dağıdır. Yanvarın 11-dən 13-nə kimi baş verən hadisələrdə 13 nəfər ölüb, 600-ə qədər adam yaralanmışdı.

XS
SM
MD
LG