Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:51

Mərkəzi Bank 6 bankın 10 valyutadəyişmə şöbəsini ləğv edib


Valyutadəyişmə şöbəsi
Valyutadəyişmə şöbəsi

-

Mərkəzi Bank fevralın 23-də aparılmış monitorinqlər zamanı 6 bankın 10 valyutadəyişmə şöbəsini ləğv edib.

Bu haqda Mərkəzi Bankın internet səhifəsində məlumat yerləşdirilib.

Məlumatda deyilir ki, həmin şöbələrdə «mövcud tələblərin gözlənilməməsi halı aşkarlanıb» və onlara verilən icazələr ləğv edilib.

Mərkəzi Bank bildirir ki, bundan sonra da valyuta bazarında nağd alqı-satqı əməliyyatlarının tələblərinə tam riayət olunması istiqamətində operativ nəzarət davam etdiriləcək, hər hansı hüquq pozuntularına qarşı tədbirlər görüləcək.

Fevralın 21-də Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə dolların məzənnəsi 1.05 manat müəyyən edilib. Bundan sonra valyutadəyişmə məntəqələri dollar alqı-satqısını dayandırıb.

DOLLAR CÜZİ BAHALAŞIB, AVRO İSƏ UCUZLAŞIB

Fevralın 24-nə Azərbaycanda 1 ABŞ dollarının manatla nisbətdə rəsmi məzənnəsi cüzi möhkəmlənib.

Azərbaycan Mərkəzi Bankının (AMB) fevralın 24-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkədə dolların rəsmi məzənnəsi 1.0501 manat səviyyəsində müəyyən edilib.

Fevralın 21-dən 24-dək 1 dollar 1.0500 manat idi. Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0.0044 manat və ya 0.37% ucuzlaşaraq 1.1906 manat olub. Son 3 gün ərzində 1 avro 1.1950 manat olub.

XS
SM
MD
LG