Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:20

Müştərilərin baxıb keçdiyi maşın bazarı


Arxiv fotosu
Arxiv fotosu

-

Gözlə

No media source currently available

0:00 0:01:59 0:00
Direct-ə keçid

Maşın bazarında sıralanmış xarici və sovet maşınları müştəri gözləsə də, alıcı azdır. Gələnlər də qiymətləri görüb, almaqdan vaz keçir.

Təhmasib Əliyev deyir ki, düz 3 aydır maşın almaq sevdasına düşüb. Çox düşünüb-daşınıb. O vaxta qədər ki, manat ucuzlaşıb. Deyir indi də gördüyü qiymətlər 3 ay əvvəlkindən xeyli bahadır.

SOVET MAŞINLARI DA BAHADIR, XARİCİ MAŞINLAR DA

«Almaq üçün gəlmişdim, ancaq görürəm ki, qiyməti çox bahadır»

Təhmasib kimi maşın almaq istəyən başqa müştərilər də qiymətlərin markasından asılı olaraq 1000-2000 bahalaşdığını deyir:

«Maşının qiyməti çox bahalaşıb. Almaq istəyirdim, ancaq görürəm ki, bu qiymətlərə ala bilmərəm».

«Mən də bazara maşın almaq üçün gəlmişəm. Son vaxtlar qiymətlər çox artıb».

«Bahadır, sovet maşınları da bahadır, xarici maşınlar da bahadır».

SATIŞ ZƏİFLƏYİB...

Satıcılar deyir ki, manat ucuzlaşandan sonra qiymətləri qaldırmalı olublar. Qiymətlər 2000 manata yaxın artıb. Ancaq belədə də alıcı tapmırlar:

«İkinci həftədir bazara çıxıram. Alıcılıq çox zəifdir, çox az maşın satılır».

«Bazarda alıcı yoxdur».

«Əvvəl bazar yaxşı idi. Böyük motorlu maşın da istəyən var idi, kiçik motorlu da. İndi isə alıcı çox azalıb».

«Maşın niyə bahadır? Ona görə ki, ölkədə hər şey bahalaşıb».

20 FAİZLİK QİYMƏT ARTIMI GÖZLƏNİLİR

Avtomobil bazarı üzrə ekspert Ramil Osmanlı deyir ki, manatın devalvasiyası, maşınların dollarla satılması qiymət artımına gətirib çıxarıb:

«Dollar ekvivalentində qiymət artımı baş verməsə də, manat ekvivalentində qiymət artımına gətirib çıxardı. Əvvəl 15 min dollara satılan avtomobil əgər 12 min manat təşkil edirdisə, indi həmin maşın yenidən bazara 15 min dollara təklif olunur. Bu artıq 15 mindən bir qədər artıq manat deməkdir. Qarşıdakı dövrdə yeni avtomobillərin gəlməsi ilə bağlı olaraq idxal məhsullarındakı ümumi qiymət artımları təbii ki, avtomobil qiymətlərinə də təsir göstərəcək. Yeni avtomobillərin qiymətində 20 faizlik qiymət artımı gözlənilir».

Ekspertlər hazırda bazarda durğunluq olduğunu, müştərilərin qiymətlərin aşağı düşücəyini gözlədiklərini bildirir.

Martın sonunda isə ölkəyə 2015-ci il yeni avtomobil markalarının idxalı gözlənilir. Ekspertlər deyir ki, yeni idxal özüylə bahalaşma gətirəcək, nəinki ucuzlaşma.

Bundan başqa manatın ucuzlaşması avtomobillərin qiymətləri ilə yanaşı, onların ehtiyat hissələrinin və təmir xərclərinin artmasına da təsir göstərib. Təmirçilər qiymətlərin 10-20 faiz bahalaşdığını bildirir. Ehtiyat hissələri isə təxminən 20-30 faiz bahalanıb. ​

XS
SM
MD
LG