Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:35

Xaricdə təhsil alan dindarlara pis xəbər


Ramazan
Ramazan

-

Milli Məclis dekabrın 4-də «Dini etiqad azadlığı haqqında» qanuna dəyişikliyi bəyənib.

Dəyişikliyə görə, İslam dininə aid ayin və mərasimləri yalnız Azərbaycan vətəndaşları həyata keçirə bilər. Xaricdə dini təhsil almış vətəndaşlara İslam dininə aid ayin və mərasimlərin icrası qadağan edilir.İbadət yerlərindən kənarda, ictimai yerlərdə dini şüar və atributun nümayişi də yasaq sayılır (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla). Dini bayraqlar yalnız ibadətgah, dini mərkəz və idarələrin qapalı yerlərində yerləşdirilə bilər.

«XARİCDƏ DİNİ TƏHSİL ALANLAR VƏZİYYƏTDƏN ÇIXIŞ YOLU TAPMIŞDILAR»

MM-in İctimai birliklər və dini qurumlar Komitəsinin sədri Siyavuş Novruzov dəyişikliklərdən söz açarkən,bir məsələyə də aydınlıq gətirib. O bildirib ki, qanunun əvvəlki redaksiyasında da xaricdə dini təhsil alanların Azərbaycanda dini ayin və mərasimlər aparmasına qadağa qoyulmuşdu:

«Ancaq belə şəxslər daha sonra Azərbaycanda 2 il dini təhsil alaraq, ayin və ibadətləri aparmağa başlayıblar. Yəni vəziyyətdən özləri üçün çıxış yolu tapmışdılar. Bunun qarşısı alınacaq. Buna görə də qanunun 21-ci maddəsi yeni redaksiyada verilir, xaricə dini təhsil alanların, ümumiyyətlə, Azərbaycanda dini ayin və mərasimlər aparmasına qadağa qoyulur. Çünki xaricdə dini təhsil alanlar o ölkələrin dini adət-ənənələrini də Azərbaycana gətirirlər. Məsələn, Taleh Bağırzadə... 2 il başqa ölkədə dini təlim alıb».

«XARİCDƏ DİNİ TƏHSİL NƏYƏ LAIZMDIR?»

MM sədrinin 1-ci müavini Ziyafət Əsgərov Azərbaycandan dövlət xətti ilə dini təhsil almağa göndərilənlər olmadığını bildirib:

«Praktika göstərdi ki, xaricdə dini təhsil alanlar o ölkələrin ab-havasını gətirirlər, sonra da Nardaran hadisələri baş verir. Azərbaycanda İslam Universiteti, Bakı Dövlət Universitetində ilahiyyat fakültəsi mövcuddur. Xaricdə dini təhsilə nə ehtiyac var? Gördük ki, gedənlər sonra nə edirlər».

«Dini etiqad azadlığı haqqında» qanuna dəyişikliklə bağlı Cinayət Məcəlləsinə də əlavə (168-1 maddə) edilib. İslam dininə aid ayin və mərasimləri Azərbaycan Respublikasının xaricdə dini təhsil alan vətəndaşı apararsa, onu min manatdan 5 min manatadək cərimə və ya bir ilədək həbs cəzası gözləyir.

Müzakirələrin ardından bu barədə qanun layihəsi də qəbul edilib.

XS
SM
MD
LG