Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:37

ABŞ-ın sabiq səfiri: "Bu əfv itirilmiş imkandı"


Richard D Kauzlarich
Richard D Kauzlarich

►"Erməni lobbisi mövzusunu Azərbaycan özü yaradıb.

Əslində hər şey çox sadədir: heç bir siyasi məhbus olmasaydı, heç bir qanun olmazdı."

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariçin "Turan"a müsahibəsi

- Azərbaycanda insan hüquqlarının vəziyyəti və ABŞ ilə hazırki münasibətlər fonunda sonuncu əfv sərəncamını necə qiymətləndirirsiniz?

- Bu, Azərbaycan üçün vəziyyəti yaxşıya doğru dəyişməklə bağlı həqiqətən itirilmiş imkandır. Bu həm də mənim uzun müddət söylədiklərimi təsdiqləyir: Bakının repressiv rejimi Qərblə yaxınlığı özü üçün təhlükə kimi görür. Bakı rejimi Avropa və ABŞ üçün çox vacib olan insan hüquqları sahəsindəki öhdəliklərini yerinə yetirmək istəmir. Mən bilmirəm Azərbaycan hakimiyyəti nə düşünür, ancaq belə görünür ki, onlar Qərbə göstərmək istərirlər ki, yaxşı münasibətlərdə maraqlı deyillər. Ancaq bu, onların öz seçimidir, bizim məcburiyyətimiz deyil.

- Azərbaycanla Qərb arasında münasibətlər nə dərəcədə ciddi korlanıb və bunun Azərbaycan üçün önəmi nədən ibarətdir?

- Niyə onlar siyasi məhbusları azad etməlidirlər? Bunun bir neçə səbəbi var. Bunlardan biri Dağlıq Qarabağa görə Ermənistanla davam edən münaqişədir. Bu problemlə məşğul olan Minsk Qrupunda üç həmsədrdən ikisi ABŞ və Fransadır. Hazırda Rusiya ilə münasibətlər də çox yaxşı deyil, əksinə, belə olan vəziyyətdə Azərbaycan üçün Qərblə yaxınlıq vacibdir. Rusiya açıq şəkildə Türkiyə ilə münasibətlərin kəskinləşməsinə doğru gedir ki, bu da avtomatik olaraq Azərbaycana təzyiq deməkdir. Üçüncüsü, Azərbaycanın mübarizə apardığı dərin iqtisadi böhran xarici investisiyalar tələb edir. Odur ki, Avropa ölkələrini və ABŞ-ı ölkəyə daha çox cəlb etmək məntiqli olardı, nəinki onları uzaqlaşdırmaq. Bax, bu səbəblərdən hakimiyyət siyasi məhbusları azad etməliydi, lakin bunu etmədi.

- Analitiklərin çoxu indiki situasiyada sakit diplomatiyaya tərəfdardır, halbuki, Bakıda dövlət təbliğatı Qərbi tənqid etməyə davam edir, Vaşinqton sanksiyalar qəbul etdiyi halda cavab tədbirlərinə əl atılacağına işarə edirlər. İndiki halda Azərbaycan hökumətilə necə danışmaq yaxşı olardı?

- Mən Azərbaycanda, sonralar Bosniya və Hersoqovinada səfir olanda sakit və narahat diplomatiyanı təcrübədən keçirmişəm. Sakit diplomatiyanın öz vaxtı və yeri, digər diplomatiyaların öz vaxtı və yeri var. Ötən il ABŞ üçün Azərbaycan hökumətilə müsbət əməkdaşlıq baxımından çox fəal oldu. Lakin bu, işləmədi. Bunu Bakıya yüksək səviyyədə səfərlər də göstərdi, məsələn, dövlət katibinin köməkçisi Viktoriya Nulandın, həmçinin müdafiə nazirinin köməkçisinin müavininin səfərləri oldu. Onlar Bakıda hakimiyyətə çox müsbət məlumatlar çatdırdılar, lakin bu, işləmədi. Odur ki, sanksiyalara çağırışların olmaması və ya Avropa Şurasın baş katibinin Azərbaycanda insan hüquqları sahəsində vəziyyətin yoxlanması üçün xüsisi komissiya təyin etməməsi məntiqsiz olardı. Hökumətin ötən il ABŞ-a qarşı atdığı addımları, həmçinin qanunvericiliyin sərtləşdirilməsini və KİV-ə təzyiqləri nəzərə alaraq düşünmürəm ki, hakimiyyət siyasi məhbuslar problemini həll etmək niyyətindədir və bu, çox pisdir. Mən və Devid Kramer söylədik ki, daha çox işlər görməyin vaxtı çatıb. Əgər siyasi məhbuslar buraxılmasa daha əməli addımlar atmaq lazımdır, ən azı günahsız insanın həbsdə olmasına görə məsuliyyət daşıyan məmurlara qarşı. Buna, sadəcə, alternativ yoxdur.

Chris Smith
Chris Smith

- Smit qanun layihəsini təqdim etdikdən bir neçə gün sonra Azərbaycan parlamentində eyni addımları atmağa hazır olduqlarını bildirdilər və çoxları bunda Rusiyanın hərəkətlərinin təkrarlanmasını görür. Konqresdə “Azərbaycan demokratiyasının qanunu” perspektviləri necədir?

- Hazırda Smitin qanun layihəsinin müzakirəsilə bağlı növbəti addımların necə olacağı məlum deyil. Məncə, Yeni il bayramlarından sonra Konqres bu müzakirəyə qayıdacaq və onun dəstəyi növbəti addım ola bilər. Senator Kardinin təklif etdiyi başqa qanun - qlobal Maqnitski qanunu da bunun xeyrinədir. Bu sənədin əhatəsi daha genişdir, nəinki Smitin qanun layihəsi və siyasi məhbusların və korrupsiyanın olduğu ölkələrdə konkret şəxslərə qarşı maliyyə sanksiyalarını nəzərdə tutur. Odur ki, mən çox təəccüb edirəm ki, niyə Bakıda Kardinin deyil, Smitin qanun layihəsinə daha çox diqqət yönəlib. Hazırda proqnoz vermək çətindir, bir qədər gözləyək. Lakin hər iki sənəd çox nüfuzlu, insanlar, Konqres liderləri tərəfindən qəbul edilib. Bu, çox şey deməkdir.

- Əgər siz Konqresdə qanunvericilərlə məsləhətləşməli olsaydınız, fikrinizcə, onlar qanun layihəsinin müzakirəsinə başlamazdan əvvəl nəyi nəzərə almalıdırlar?

- Düşünürəm ki, onlar Azərbaycanda siyasi məhbusların saxlanmasına qarşı yönələn qanunun məqsədinə baxmalıdırlar. Onlar həmçnin başa düşməlidirlər ki, bu, Amerika-Azərbaycan münasibətlərində çox kritik nöqtədir. Bakı tərəfdən addımların olmaması fonunda insan hüquqları ilə bağlı ciddi addımlar atılmalıdır, enerji layihələrindən və digər mövzulardan danışılmamalıdır.

- Bakıda hakimiyyət deyir ki, sanksiyalara çağırışlar Smit və başqalrı da daxil olmaqla erməni lobbisinin işidir. Bu barədə nə düşünürsünü?

- ABŞ siyasətini və bizim tərəfdaş ölkələrlə münasibətlərimizi başa düşən insanlar insan hüquqları məsələsinin nə qədər prinsipial olduğunu bilirlər. Erməni lobbisi mövzusunu Azərbaycan özü yaradıb. Əslində hər şey çox sadədir: heç bir siyasi məhbus olmasaydı, heç bir qanun olmazdı. Bu, Bakının yaranmış vəziyyətdə özündən başqa hər kəsi ittiham etmək cəhdidir. Vaşinqtonda qərarlarn necə qəbul edildiyini izah etmək üçün amerikalı diplomatların nə qədər səy göstərməsi barədə düşünəndə, Azərbaycan hökumətinin akademik dairələrdən və digər yerlərdən məsləhətçilərə, ekspertlərə nə qədər pul xərcləyib sonradan bütün bunlara erməni lobbisinin işidir dediyini düşünəndə mən çox kədərlənirəm. Və bütün bunlar göstərir ki, Azərbaycanda ABŞ-ı çox pis başa düşürlər.

Buna da bax: Uran manat haqda söhbət "xırdalayır"

XS
SM
MD
LG