Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:06

Novruzda əcnəbilər nəyə heyrətlənir?- [Fotolar]


►İran azərbaycanlısı: "İlk dəfədir gəlirəm. Ancaq bundan sonra, deyəsən, tez-tez gələcəyəm."

Hər il olduğu kimi, bu bayram da İçərişəhərdəki meydanda vur-çatlasın, çal-oynasın idi. Baharın gəlişini qeyd edən şəhər sakinləri oxuyur, oynayır, deyib-gülürdü.

Gözlə

No media source currently available

0:00 0:00:50 0:00

“Problemlərdən uzaqlaşmağa gəlmişəm”

“Vallah, adamın o qədər problemi olur ki.. Heç olmasa, bir gün, bir neçə saat problemlərdən uzaqlaşmağa gəlmişəm. Oxuyuruq, oynayırıq, hər şey əladır”, şənlikdəkilərdən biri belə deyir.

Meydanı rəqssiz qoymayan gənclər idi. Yaşlılar daha çox əl çalmaqla kifayətlənirdilər.

Kəndirbazların 3-4 metr hündürlükdəki kəndirin üstündə göstərdikləri nömrələr ən çox əcnəbiləri heyrətləndirirdi. Ukraynalı Aleksey Maslyakov deyir, kəndirbaz onu əməlli-başlı sehrləyib:

“Burada hər şey əladır. Əməlli-başlı Şərqdir. Ancaq bu qala divarlarından kənarda adam özünü Avropadakı kimi hiss edir”.

Pəhləvanların güc, əzələ göstərisi də alqışsız qalmırdı.

Könüllülərin işi çoxdur

Bu dəfəki bayram tədbirində İçərişəhər qoruq idarəsinin geyimləri üzərinə “Ask me” yazılmış könüllü əməkdaşları da addımbaşı gözə dəyirdi. Könüllülər deyir, bu günlər işləri aşıb-daşır:

“İlk dəfədir könüllü oluruq. O qədər adam yaxınlaşır ki... Biz də həvəslə cavab veririk. Kiməsə kömək eləmək, tanımadığı yeri göstərmək yaxşı bir şeydir. Düzü, bu işi çox sevdim”.

Qoca zurnaçı Abbas Əliyevin sözlərilə desək, Novruzunku qara zurnadır. Qara zurnasız bayramın dadı-duzu olmaz:

“Qara zurnanı ki, zilə qaldırmadın, daha nə oldu? Elə hamı bunun səsinə tökülüşüb gəlib də. 50 ildən çoxdur bu zurna mənimlə yol gəlir. Hələ yarı yolda qoymayıb. İnşaallah, bir neçə bayramı da yəqin bir yerdə qarşılayarıq”.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

İranlı azərbaycanlılar da Novruzu Bakıda keçirir

Əvvəlki illərə baxanda, bu il İrandan turistlər çox olmasa da, arabir gözə dəyirdilər. Əhmədağa Təbrizi deyir, 10 ildir, hər bayram Bakıya gəlir:

Gözlə

No media source currently available

0:00 0:00:50 0:00
Direct-ə keçid

“Bakını sevirəm. Hər il bir neçə dəfə gəlirəm. Bayramda isə ailə, uşaqlarla birlikdə gəlirik. Burdakılar bizə yad deyil, öz bacı-qardaşlarımızdır. Dilimiz eyni, özümüz eyniyik. Bakını isə öz doğma şəhərim bilirəm, başqa cür ola da bilməz”.

Bakıda Novruz şənliyi
Gözlə
Embed

No media source currently available

0:00 0:00:14 0:00

Digər İran azərbaycanlıları da deyir ki, Bakıya bir gələn bir də gəlmək istəyir:

– Bakını çox sevirik. Bura çox xoşuma gəlir.

– Özgə yerdə deyilik, əlbəttə. Şəhər doğma, adamlar doğma.

– İlk dəfədir gəlirəm. Ancaq bundan sonra, deyəsən, tez-tez gələcəyəm.

İçərişəhərdə bayram şənlikləri martın 21-də sona çatsa da, ümumilikdə, şəhərdə daha bir neçə gün davam edəcək.

İran azərbaycanlıları Novruzu Bakıda qarşılayır
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

XS
SM
MD
LG