Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:50

Müsəlman ölkələri Qarabağ probleminin həllinə qoşulur. Nəyə gücü çatar?


►“Əsas qrup yaratmaq deyil. Əsas böyük dövlətlərin ortaya qoyduğu siyasi iradədir”

Aprelin 14-də İslam Əməkdaşlıq Təşkilatı (İƏT) yanında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Təmas Qrupu yaradılacaq.

Bunu Türkiyənin xarici işlər naziriMövlut Çavuşoğlu İƏT-in 13-cü sammiti çərçivəsində Xarici İşlər Nazirləri Şurasının iclasının yekunları ilə bağlı danışarkən bildirib. Çavuşoğlu deyib ki, “bununla da bizim qardaş Azərbaycana dəstəyimiz institusional xarakter alacaq”.

Bu cür Təmas qruplarının münaqişələrin həllinə hansı töhfə verə biləcəyi ilə bağlı Bakıda fərqli baxışlar səslənir.

Elxan Mehdiyev
Elxan Mehdiyev

“Hər iki ölkəyə ən böyük təsir edən ölkə Rusiyadır”

Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev yaradılacaq qrupun effektli olmayacağını söyləyir:

Elxan Mehdiyev: "İslam Əməkdaşlıq Təşkilatının hər hansı təklifi çoxları tərəfindən azərbaycanpərəst kimi qəbul olunacaq"
Gözlə

No media source currently available

0:00 0:01:16 0:00

“İndiki dönəmdə bu cür qrupların heç birinin xeyri yoxdur. Son illərin təcrübəsi göstərib ki, ATƏT-in Minsk qrupu bu sahəni tam monopoliyaya alıb. O dövlətlərin başçıları da bu qrupu dəstəkləyir. Beynəlxalq təşkilatları da gördük. Avropa Şurası kimi nüfuzlu təşkilatın da işini onlar pozmağa çalışdı. Bu baxımdan, İslam Əməkdaşlıq Təşkilatının hər hansı təklifi çoxları tərəfindən azərbaycanpərəst kimi qəbul olunacaq. Bu səbəbdən, düşünmürəm ki, onun hər hansı bir təsirli təklifi olsun. Məncə, Azərbaycan ordusunun son günlərdə apardığı əməliyyat nəticəsində Minsk qrupunun fəallaşması indiki dönəmdə bəlkə bir nəticənin olacağına ümid verir. Həm də Rusiyanın gərginliklə bu işə qoşulması irəliləyişə ümid yaradır. Bölgədə böyük qüvvə və həm də hər iki ölkəyə ən böyük təsir edən ölkə məhz Rusiyadır”.

___________________________________________________________

Bunlara da bax:
Şeyxülislam süni mayalanmaya razılıq verdi
«Dedi, pullar Heydər Əliyev Fonduna köçürülüb»

___________________________________________________________

“Bu, ancaq sülhə xidmət edəcək”

Milli Məclisin beynəlxalq əlaqələr və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə isə deyir ki, belə bir Təmas qrupunun yaradılması ən azı Daqğlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünyaya çatdırmaqda müsbət rol oynaya bilər:

“Çünki çox zəngin və təşkilatlanmış erməni icmaları Emənistan-Azərbaycan münaqişəsi ilə bağlı yalanları, böhtanları yayırlar. Məlumat qıtlığı və Qərb ölkələrinin çoxunda məhz erməni icmasının verdiyi məlumatlar yayıldığından belə bir qrupun yaradılması təsirlidir. İƏT ölkələri Ermənistanın təcavüzü ilə bağlı, erməni qoşunlarının işğal olunmuş ərazilərdən qeyri-şərtsiz çıxarılmasını tələb edən qətnamələr qəbul edib. Nə qədər çox beynəlxalq təşkilat bu problemin həlli ilə bağlı BMT-nin qətnamələrinin icrasını, işğal olunmuş ərazilərin boşaldılmasını tələb edərsə, o qədər yaxşıdır. Azərbaycanın da məqsədi məhz sülhdür”.

“Bu qrup o vaxt effektli olar ki...”

Siyasi şərhçi Fərhad Mehdiyevin fikrincə, bu cür təmas qrupları münaqişə ətrafındakı duruma birbaşa təsir etmək gücündə deyil:

“Bu dəstək qrupu Azərbaycanın mövqeyinin müdafiə olunması baxımından hansısa işləri görə bilər. Amma birbaşa münaqişə ətraflndakı stuasiyaya hansısa təsir göstərə biləcəyini hesab etmirəm. Ermənistan münaqişə ilə bağlı Türkiyənin irəli sürdüyü, ya da Türkiyənin dolayısıyla iştirak elədiyi təşəbbüslərə qarşı çıxır. Münaqişənin nizamlanması baxımından oynayacağı rolu görmürəm. O zaman effekt verə bilər ki, burda ilk növbədə Minsk qrupuna daxil olan ölkələr və münaqişənin həllində başqa maraqlı beynəlxalq təşkilatların da nümayəndələri təmsil olunsun. Bəlkə də danışıqların bərpasına kömək edə bilər”.

Fərhad Mehdiyev yaxın keçmişdə yüksək səviyyəli təmas qrupunun Balkan münaqişələrinin həllində rolunu xatırladır: “Əsas qrup yaratmaq deyil. Əsas böyük dövlətlərin ortaya qoyduğu siyasi iradədir. Onlar bu siyasi iradəni ortaya qoyub lazımı təsiri, təzyiqi göstərə bilsələr, onda bir nəticə hasil olar. Yoxsa quru bəyanatların heç bir təsiri olmayacaq”.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunun 13 aprel radio proqramında

V1 kodlu Azərbaycan rəsmisi kimdir? Azərbaycan neftinin isrlərini xarticilərə kim ötürüb?..
“Zorla pambıq əkdirməzlər”...

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun 13 aprel TV proqramında

"Cəbhədə ölənlərin çoxu kasıb ailələrdəndir"
"Xaricdə təhsil fırıldaqçıları?"

XS
SM
MD
LG