Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:02

Müxalifətdən iqtidara Qarabağla bağlı təkliflər


►""Bişkək protokolu"nun qüvvədən düşdüyü elan edilsin!"

Müxalif və müstəqil ekspertlər 3 günlük savaşın yekunları ilə bağlı qətnamə qəbul edib

“3 gün davam edən əməliyyatlar Qarabağ savaşı ilə bağlı uzun illər ərzində formalaşan vəziyyəti dəyişdirdi. Qısa müddətdə həm ölkə ictimaiyyətinin, həm dünya birliyinin münaqişəyə münasibətində dəyişikliklər baş verdi ”.

Bu fikirlər aprelin 12-də Müsavat Partiyasının qərargahında keçirilən “Qarabağ savaşının 2 aprel mərhələsi: Qazandıqlarımız və itirdiklərimiz” mövzusunda dəyirmi masada dilə gətirilib.

Tədbirdə 3 günlük müharibə ilə bağlı proseslər tam başa çatmasa da bəzi ilkin nəticələrin mənzərəsinin məlum olduğu vurğulanıb. “Dəyirmi masa”da qəbul edilən qətnamə qazandıqlarımız, itkilərimiz, təkliflər olmaqla 3 bölməyə ayrılıb.

Qazanc...

Qazandıqlarımız bölümündə deyilir ki, bu müharibədə xalqın Qarabağın işğalı ilə heç zaman barışmadığı bəlli olur. Bundan əlavə, xalqın özünə inamının artması, Qarabağın azad edilməsinin dünya azərbaycanlılarını birləşdirən nöqtə çevrilməsi qeyd edilir. Müəlliflərə görə, bu savaş hərbçilərin vətən uğrunda döyüşlərdə qətiyyətli olmasını ortaya qoydu.

Üstəlik müəlliflər düşünür ki, bu savaş Azərbaycanın əsas müttəfiqinin Türkiyə, Ermənistanın isə müttəfiqinin Rusiya olmasını birmənalı ortaya qoyub. (Ardı aşağıda)

Ağdamda dağıntılar- [Fotolar]

İtkilər…

İtkilərə gəlincə, tədbirdə qeyd edilib ki, 90-dan artıq hərbçi, 10-a qədər mülki şəxs həlak olub (Müdafiə Nazirliyi ötən həftə bildirmişdi ki, bu döyüşlərdə Azərbaycan tərəfi 31 hərbiçi itirib - AR).

Habelə, avtoritar idarəçiliyin fəsadları olan bəzi strukturların ekstremal şəraitdə işləyə bilməməsinin üzə çıxdığı vurğulanıb. Sənəddə hakimiyyət dairələrinin bu hadisələrdən daxili siyasi məqsədlər üçün istifadə etmək səylərinin bəyənilmədiyi qeyd edilib. Xarici siyasətdə çeviklik, diplomatik təşəbbüskarlıq nümayiş etdirilmədiyi bildirilib.

___________________________________________________________

Bunlara da bax:
Dövlət İmtahan Mərkəzi hansı işləri görəcək
Azərbaycanlı sahibkar Tbilisidə aclıq etdiyini deyir

___________________________________________________________

Təkliflər...

Təkliflər bölməsində isə “Ərazi bütövlüyü uğrunda” ümummilli konsepsiyanın hazırlanması önə çəkilir. Bundan əlavə, atəşkəslə bağlı “Bişkek protokolu”nun qüvvədən düşməsinin rəsmi elan olunması vurğulanır. Minsk Qrupu formatının Azərbaycanın mövqeyi nəzərə alınmaqla dəyişdirilməsinin tələb olunması irəli sürülür. Əməliyyatın dayandırılması barədə Moskvadakı danışıqların mahiyyətinin xalqa açıqlanması vacib sayılır.

Bununla yanaşı Qarabağ müharibəsi iştirakçıları, əlilləri, həlak olanların ailələrinin imtiyazlarının artırılması təklif edilir. Peşəkar ordunun yaradılması üçün tədbirlər planı hazırlanması, vətəndaş həmrəyliyinə nail olmaq üçün siyasi məhbusların azadlığa buraxılması və geniş islahatlara başlanılması istənilir.

Bişkek protokolu tərəflər arasında 1994-cü ildə imzalanıb. Həmin sənəddə tərəflər üzərilərinə atəşkəsə əməl edəcəkləri ilə bağlı öhdəlik götürürdülər.

__________________________________________________________

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunun 12 aprel proqramında

Cəbhədə atəşkəs 100 dəfə pozulub...
Müxalifətdən iqtidara Qarabağla bağlı təkliflər
Keçmiş səfir Matthew Bryza ABŞ-ı Qarabağla bağlı fəal olmağa çağırır...

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun 12 aprel TV proqramında

"Ola bilsin, Putin Qarabağla bağlı ABŞ-ı nüfuzdan salmaq istəyir"
"Yaxşı rektor olar, psixiatrdır..."

Buna da bax: Azərbaycanın olduğu deyilən kamikadze dron

XS
SM
MD
LG