Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:25

Hüquqşünas: 'Heç monarxiyalı ölkələrdə belə absurd yoxdur'


Sonuncu konstitusiya dəyişikliyi referendumu. 26sent2016
Sonuncu konstitusiya dəyişikliyi referendumu. 26sent2016

Şaqraq bir qəhqəhə... “Azərbaycan Konstitusiyasını necə dəyərləndirirsiniz” sualının cavabında ilk cavab sözlü yox, gur, şaqraq bir qəhqəhə olur, bir lətifəyə gülərmiş kimi. “Necə qiymətləndirim?

Ölkədə Konstitusiya az qala yox dərəcəsindədir”, - deyə hüquqşünas Ənnağı Hacıbəyli daha sonra gülüşünün səbəbini izah edir. Onun sözlərinə görə, Azərbaycanda Konstitusiya “formal akta” çevrilib. “Onun pozulması normal ölkədə fövqəladə hadisə sayılırsa, bizdə gündəlik normaya çevrilib”, - hüquqşünas əlavə edir.

Ənnağı Hacıbəyli
Ənnağı Hacıbəyli

12 noyabr Azərbaycanda Konstitusiya günüdür. 1995-ci ildə qəbul edilən Ana Yasa bu müddətdə üç dəfə referendum keçirilməklə dəyişdirilib. 2002, 2009 və 2016-cı illərdə. Bu dəyişikliklər hər dəfə beynəlxalq qurumlar və müstəqil hüquqşünaslar tərəfindən tənqid edilsə də, hakimiyyətin bir arqumenti olub, onlar xalq səsverməsi yoluyla qəbul edilib.

Buna da bax: Narazı vəkillər etiraz aksiyalarına başlamaq qərarı verib

“Tragikomik gündür”

Elman Fəttah: "Konstitusiya “adlı sənəd”in Azərbaycan xalqının iradəsiylə “yaxından-uzaqdan” heç bir əlaqəsi yoxdur".
Gözlə

No media source currently available

0:00 0:03:13 0:00
Direct-ə keçid

“Sonuncu referendumdan sonra mən bir siyasətçi kimi heç bir halda Azərbaycan Konstitusiyasına istinad etməyəcəyimə dair özümə söz vermişəm”, - ixtisasca hüquqşünas olan Müsavat Partiyası başqanının müavini Elman Fəttah belə deyir. Onun qənaətincə, ötən ilin sentyabrında keçirilən referendumdan sonra Konstitusiya “adlı sənəd”in Azərbaycan xalqının iradəsiylə “yaxından-uzaqdan” heç bir əlaqəsi yoxdur, o konstitusion prinsiplərlə, Konstitusiya hüququ, dövlət formasiyaları, siyasi sistemin təməl prinsipləri ilə “uzlaşmayan mənasız bir sənədə” çevrilib. “Ona görə Azərbaycanda Konstitusiya günü mənim üçün tragikomik gündür”, - başqan müavini qeyd edir.

Buna da bax:​ 'Kollegiya'ya daxil olmayan vəkillər niyə narahatdır? [video]

Elman Fəttah
Elman Fəttah

Elman Fəttahın sözlərinə görə, Konstitusiyaya görə, Azərbaycan prezidentli respublika sayılmalıdır, ancaq son dəyişikliklər bunu deməyə əsas vermır: “Prezident ölkənin simvoludur, onun toxunulmaz səlahiyyətləri var, bu da xalqdan qaynaqlanır, xalq onu seçir və ona məhdudlaşdırılması mümkün olmayan şəkildə səlahiyyətlər verir. Amma son referendumdan sonra artıq Azərbaycanda həm prezidentlik institutu formalaşır, həm də... Yəni şərti olaraq xalq tərəfindən prezidentə vermiş səlahiyyətləri dövlət başçısı özü özünün təyin etdiyi birinci vitse-prezidentlə bölüşür. Bu çox qəbuledilməz vəziyyətdir, heç monarxiyalı ölkələrdə belə absurd yoxdur”.

Ənnağı Hacıbəyli: «“Az qala hər gün” qanunvericiliyə Konstitusiya zidd onlarla dəyişiklik edirlər»
Gözlə

No media source currently available

0:00 0:02:07 0:00
Direct-ə keçid

Buna da bax: Referendum bitməmiş nəticələri dərsliyə necə düşüb?

“Az qala hər gün dəyişiklik edilir”

Ənnağı Hacıbəylinin sözlərinə görə, “az qala hər gün” qanunvericiliyə Konstitusiya zidd onlarla dəyişiklik edirlər. O sadəcə son dəyişiklikləri yada salır, nümayəndəlik institutu, QHT-lər, hüquqi şəxslər, media azadlığı, korrupsiya ilə mübarizə və s. haqda qanunvericiliyə edilən dəyişikliklərinin məhdudiyyətlərə xidmət etdiyinin bildirir.

Buna da bax: Hakim partiyanın namizədi birinci xanım ola bilərmi? [video]

“Konstitusiya ölkənin əsas qanunudur. Cari qanunvericilik ona uyğun olmalıdır. Yeni qəbul edilən qanunlar Konstitusiya zidd olmamalıdır. Amma son illər avtoritar və Konstitusiyaya zidd qanunlar qəbul edilib. Gündəlik həyatda da, idarəçilikdə də Konstitusiyaya zidd hərəkətlər, məsələn, korrupsiya halları, vətəndaşların hüquqlarının müdafiə edilməməsi, məhkəmə sisteminin müstəqil olmaması kimi hallar var”, - hüquqşünas qeyd edir.

“Mükəmməl Konstitusiyamız var”

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev tənqidləri qəbul etmir. O, Azərbaycan Konstitusiyasının “mükəmməl” olduğunu düşünür.

Buna da bax: Referendum bildirişi 100 dollarlıq pul qiymətinə çap olunub - Azərbaycanda

Rövşən Rzayev
Rövşən Rzayev

“Azərbaycan Konstitusiyası beynəlxalq standartlara uyğundur. İlk Konstitusiyanın müəllifi də ulu öndər Heydər Əliyevdir. İlk dəfə 1995-ci ildə müstəqil Azərbaycan Konstitusiyası qəbul edilib. Vaxtaşırı müəyyən referendumlar vasitəsilə ona əlavə və dəyişikliklər olunub. Bu gün mükəmməl Konstitusiyamız var. Azərbaycanın ali qanunu Allah qoysa bundan sonra da Azərbaycana, xalqa, dövlətə, dövlətçiliyə xidmət edəcək”.

O ki qaldı Konstitusiyaya edilən vaxtaşırı dəyişikliklərdən sonra sənədin mahiyyətini itirməsi haqda deyilənlərə, Rövşən Rzayev bununla da razılaşmır, əksinə “hər şey qaydasındadır” söyləyir.

“Ali qanuna edilən əlavə və dəyişikliklər referendum yoluyla olur və buna xalq öz mövqeyini bildirir. Xalq mövqeyini bildirirsə, hüquqşünas ona qiymət verə bilməz. Qəbul edilmiş qanunlar bir başqa məsələdir, xalqın səs verdiyi dəyişikliklər bir başqa”.

Rövşən Rzayev: "Azərbaycan Konstitusiyası beynəlxalq standartlara uyğundur".
Gözlə

No media source currently available

0:00 0:01:00 0:00
Direct-ə keçid

Buna da bax: Karusel, topa bülleten, müşahidə kameralarının çəkdikləri...

“1995-ci il Konstitusiyası mahiyyətini itirib”

Hüquqşünasların qənaətincə, yeni Konstitusiyanın hazırlanmasına, onunla bağlı referenduma ehtiyac var, amma... Ənnağı Hacıbəyli də, Elman Fəttah hesab edirlər ki, bunun üçün ilk növbədə azad, şəffaf seçkilər nəticəsində seçilmiş yeni hakimiyyət formalaşmalıdır və yalnız bundan sonra Ana Yasa məsələsi müzakirə edilməlidir.

Ənnağı Hacıbəylinin fikrincə, o zaman ya yeni Ana Yasa yazılmalı, ya da son 3 referendumda edilən dəyişiklikləri ləğv edən, Konstitusiyanı “normal, çağdaş, demokratik hüquqi akta çevirən” referendum keçirilməlidir.

Buna da bax: Yenə xalqa "hə" demək təklif edilir

Elman Fəttah isə deyir ki, yeni hakimiyyətin ilk işi Konstitusiya mövzusu olmalıdır. “1995-ci ildə qəbul edilən bu sənəd bütün mahiyyətini itirib. Yeni Konstitusiya qəbul edilməli, orda Azərbaycanın hansı siyasi sistemə aid olduğu açıq-aydın göstərilməlidir”.

Parlamentdə komitə sədrinin müavini Rövşən Rzayev yeni Konstitusiyaya ehtiyac görmür, “vaxt gələndə mütləq qaydada əlavə və dəyişikliklər olacaq”, - deyə əlavə edir.

XS
SM
MD
LG