Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:01

Çirkli pullar qalmaqalına düşən xeyriyyəçi və 'qərbyönlü' Vardanyan kimdir?


Ruben Vardanyan
Ruben Vardanyan

Rusiya-Ermənistan biznesmeni Ruben Vardanyan-ın səxavəti bütün dünyada məşhur idi. O 1990-ci illərdə postsovet sahibkarı kimi meydana çıxandan bəri yüz milyon dollarlarla pulu xeyriyyə işlərinə ianə edib və sosial investisiyalara yatırıb.

Lakin açıq mənbələrlə işləyən təhqiqat jurnalistləri araşdırmalarına dair yeni hesabatda iddia edirlər ki, Vardanyanın həmtəsisçilərindən biri olduğu çoxmilyardlıq investisiya bankı 2006-cı ildən bəri “saxta” ticarət sövdələşmələrindən və ofşor şirkətlərin mürəkkəb şəbəkəsindən istifadə etməklə Rusiyadan qaynaqlanan milyardlarla dollar çirkli pulların yuyulmasında, vergi yayınmalarında, sərvətin gizlədilməsində və beynəlxalq nəzarət qurumlarının barmağa dolanmasında vasitəçi olub.

Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsi-nin (OCCRP) martın 4-də dərc etdiyi hesabatda iddia olunur ki, Vardanyan Rusiya hakim elitası ilə sıx əlaqələri olan ən böyük investisiya bankının az qala 9 milyard dollarlıq çirkli pulun yuyulması sxemini yaradıb və həyata keçirib.

Rusiya Sberbankının direktorlar şurasının sədri German Gref (sağda) və Vardanyan
Rusiya Sberbankının direktorlar şurasının sədri German Gref (sağda) və Vardanyan

OCCRP vurğulayır ki, burada söhbət Rusiyanın Troika Dialog kimi tanınan özəl investisiya bankından gedir. Bu banka bir vaxtlar qərbyönlü və mütərəqqi fiqur kimi ad çıxarmış rusiyalı erməni Ruben Vardanyan rəhbərlik edib. Hesabatda deyilir ki, “Rusiya kapitalizminin Qərbə dost nümayəndəsi kimi tanınan Vardanyan Troika şirkətinin prezidenti, baş icraçı rəsmisi və əsas partnyoru idi”.

Lakin OCCRP bunu da bildirməyi lazım bilir ki Vardanyanın sözü gedən sxemdən xəbərdar olduğunu göstərən “qəti sübutlar” yoxdur, bununla belə pulyuma qalmaqalında adı keçən şirkətlərdən birinə verilmiş kreditin sənədlərində onun imzası var.

Bu da qeyd olunur ki, Vardanyan öz kredit kartının borclarını və uşaqlarının təhsil haqqını ödəmək üçün də “pulyuyan şirkətlərdən” aldığı 3,2 milyon dollardan istifadə edib.

OCCRP bildirir ki, Vardanyan öz bankının heç bir qanunsuz iş görmədiyində israr edir və deyir ki, onun bankı sözü gedən zamanlarda başqa banklar kimi fəaliyyət göstərib:

"Biz həmişə dünya maliyyə bazarının ovaxtkı qanunlarına uyğun hərəkət etmişik”.

Vardanyan və onun şərikləri Troika bankını 2012-ci ildə dövlətin Sberbank əmanət bankına 1 milyard dollara satıblar. Həmin vaxt bu artıq Rusiyanın ən böyük özəl bankı idi.

O, OCCRP-yə müsahibəsində deyib:

“Başa düşürəm ki, mən mələk deyiləm. Rusiyada sənin üç yolun var: ya inqilabçı olmalı, ya ölkəni tərk etməli, ya da konformistə çevrilməlisən. Mən komformistəm. Lakin mənin öz daxili hüdudlarım var: Mən heç vaxt vergi hərraclarında iştirak etməmişəm, kriminallarla işləməmişəm, heç bir siyasi partiyanın üzvü deyiləm. Məhz buna görə də mən hətta 1990-cı illərdə də cangüdənsiz gəzirdim...Mən özümü və prinsiplərimi qoruyub saxlamağa çalışıram”.

Ruben Vardanyan ovaxtkı Rusiya prezidenti Dmitry Medvedevlə (sağda) Troika bankının bir tədbirində
Ruben Vardanyan ovaxtkı Rusiya prezidenti Dmitry Medvedevlə (sağda) Troika bankının bir tədbirində

Moskvadan tutmuş ABŞ-dakı Harvard Biznes Məktəbinədək beynəlxalq təhsil görmüş Vardanyan təsis olunduqdan sonra Troika bankı-na 10 il rəhbərlik edib.

O bundan başqa Vardanyan, Broitman and Partners adlı “investisiya butikinin” əsasını qoyub və daha çox xeriyyəçiliyi ilə tanınmağa başlayıb.

Flora Kərimova mədəniyyət xadimlərinin İlham Əliyevlə görüşü haqda
Gözlə

No media source currently available

0:00 0:03:30 0:00

2018-ci ildə Financial Times qəzetinə müsahibəsində Vardanyan demişdi ki, o və xanımı Veronika Zonabend sərvətlərinin 80 faizini xeyriyyəyə vermək qərarına gəliblər.

Bununla bağlı Vardanyan Aurora Humanitarian Initiative də daxil bir neçə təhsil və humanitar təşəbbüslərlə çıxış edib. Bu fond xeyriyyə işi ilə məşğul olan insanları və təşkilatları ildə bir dəfə 1, 1 milyon dollarla mükafatlandırır.

Hollivud aktyoru George Clooney və rusiyalı xeyriyyəçi Ruben Vardanyan (solda) Avrora Mükafatı mərasimində
Hollivud aktyoru George Clooney və rusiyalı xeyriyyəçi Ruben Vardanyan (solda) Avrora Mükafatı mərasimində

Vardanyan Britaniya kraliça ailəsi-nə yaxınlığı ilə tanınır və şahzadə Charles-ın himayəsi altında Dunfries House Estate təhsil mərkəzini yaradıb.

Vardanyan habelə vətəni Ermənistanda Tatev monastrı-nın bərpasına pul xərcləyib.

Onun fondu dağ üstündə yerləşən bu monastra 6 kilometrlik kanat yolu çəkib.

XS
SM
MD
LG