Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:46

Amnesty müxalifətə ‘qəddar divantutma’nı dayandırmağa çağırır


Bakıda 14-15 iyul aksiyası
Bakıda 14-15 iyul aksiyası

Amnesty Prezident İlham Əliyevin bu ilin martındakı çıxışından sonra siyasi motivli təqiblərin güclənməsinə diqqət çəkir. Prezident Əliyev Novruz bayramı çıxışında ölkəni “beşinci kolon”dan, “satqınlar”dan təmizləmək vədi vermişdi

ABŞ-da mənzillənən “Amnesty International” insan haqları təşkilatı Azərbaycan hakimiyyətinin ifadə, sərbəst toplaşma və birləşmə azadlıqlarına qarşı çıxaraq siyasi müxalifətə “qəddarlıqla divantutma”sından narahatlıq bildirib.

“Son həbslər və qorxutma dalğası onsuz da kəskin şəkildə parçalanmış müstəqil siyasi müxalifətin məhvinə aparar”, – deyən təşkilat Bakıda 14-15 iyul yürüşündən sonra 100-dən artıq fərdin, müxalifət liderinin, tərəfdarının və fəalının saxlandığını, siyasi motivlərlə həbs olunduğunu bəyan edir.

Hüquq-mühafizə orqanları orduya dəstək yürüşündə parlamentə girən şəxslərin dağıntılar törətdiyini bildirib. Bəzi etirazçıların polislə toqquşduğu, polis maşınlarına ziyan vurduğu açıqlanıb.

Prezidentin mart çıxışından sonra...

Amnesty Prezident İlham Əliyevin bu ilin martındakı çıxışından sonra siyasi motivli təqiblərin güclənməsinə diqqət çəkir. Prezident Əliyev Novruz bayramı çıxışında ölkəni “beşinci kolon”dan, “satqınlar”dan təmizləmək vədi vermişdi.

15 iyul yürüşündən sonra isə prezident müxalifəti zorakılığın təhrikində suçlayıb, “5-ci kolon”un məsələsini “birdəfəlik həll etməyin” vacibliyini vurğulayıb.

“Azərbaycan hakimiyyəti siyasi opponentlərinə, onların tərəfdarlarına qarşı siyasi motivli təqiblərə, qorxutmaya və qisasçılığa son qoymalıdır. Yalnız insan haqlarından istifadəyə görə kriminal və administrativ ittihamlarla üzləşənlər dərhal və qeyd-şərtsiz buraxılmalıdır”, – bəyanatda deyilir.

“Azərbaycan hakimiyyətinin saxlananları insanpərvər şəraitdə saxlamaq, işgəncə və pis rəftara məruz qoymamaqla bağlı hüquqi öhdəliyi var. Polis şöbələri və təcridxanalarda işgəncə və pis rəftar sarıdan böyük narahatlıq olduğundan saxlananların hüquqi müdafiə ilə təmin olunması, ailə üzvlərinə onların barəsində informasiya verilməsi hüququ var”, – bəyanatda deyilir.

Qeyd edək ki, saxlananlardan bəzilərinə hazır ifadələri imzalamaqdan ötrü işgəncə verilməsi haqda məlumatlar yayılmışdı. Hüquq-mühafizə orqanları isə bu iddiaları təkzib edib.

Azərbaycan hakimiyyəti beynəlxalq və yerli hüquq-müdafiə təşkilatlarının tənqid və iradlarını adətən qəbul etmir, ölkədə bütün təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirir.

Xatırlatma

Bu il iyulun 14-də Bakda orduya dəstək yürüşünə qatılmış onlarla şəxs saxlanıb. AXCP-dən verilən məlumata görə, bu partiyanın 45 üzvü saxlanılıb. Onlardan 17 nəfərə Qarabağa dəstək yürüşü ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində başlanmış cinayət işi üzrə ittiham irəli sürülərək, bir nəfər istisna olmaqla, digərləri barəsində həbs-qətimkan tədbiri seçilib. Daha 18 nəfərə karantin rejimini pozma ittihamıyla 30 sutka inzibati həbs cəzası kəsilib. 10 nəfər isə sərbəst buraxılıb.

Baş prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub. Bu cinayət işi üzrə həbs olunanlara qarşı özgə əmlakına ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqetmə, ictimai asayişin pozulması ittihamları irəli sürülüb. AXCP-nin iki aparıcı üzvü – Məmməd İbrahimFuad Qəhrəmanlıya isə bunlardan əlavə, həm də hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı verilib. Partiya ittihamların saxta olduğunu, həbs olunan üzvlərindən bir neçəsinin həmin yürüşdə iştirak etmədiyini bəyan edib.

XS
SM
MD
LG