Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:20

Erməni politoloq: “Razılaşmaların icrasını, məncə Rusiya yavaşıdır”


Naxçıvana gedəcək qatar Ermənistanda da dayanacaqmı?
Gözlə

No media source currently available

0:00 0:09:54 0:00

Naxçıvana gedəcək qatar Ermənistanda da dayanacaqmı?

Fevralın 15-də, prezident İlham Əliyev Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini atıb.

Bu dəmiryolu xəttinin Ermənistan ərazisindən Naxçıvana qədər uzanması da nəzərdə tutulub.

Yerevanda təhlilçi Richard Giraqosian deyir ki, Ermənistanın Naxçıvan dəhlizi ilə bağlı mövqeyi müsbətdir.

Onun sözlərinə görə, rəsmi Yerevan da prosesin nə yerdə olması barədə detallı açıqlama vermir. Ortada suallar var:

“Ən maraqlısı budur ki, bəzi detalları aydınlaşdırmaq lazımdır. Suallardan biri budur ki, bu qatar Ermənistandakı stansiyada dayanacaqmı? Yoxsa dayanmayıb birbaşa Naxçıvana yollanacaq? Bütün bunlar çox vacib detallardır ki, aydınlaşdırmaq lazımdır. Amma yaxşı xəbər odur ki, hər üç ölkənin ekspert qruplarının birgə işində irəliləyiş var”.

Azərbaycanı Ermənistandan keçməklə Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Naxçıvan dəhlizinin çəkilməsi ilə bağlı razılaşma keçən il noyabrın 10-da imzalanıb.

Bu ilin əvvəli Azərbaycan, Ermənistan, Rusiya hökumət rəsmilərinin iştirakı ilə məshələtləşmələr başlayıb.

“Moskva istəyir ki, Yerevan ondan asılı qalsın”

Dövlətdən maliyyələşən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev bundan əvvəl AzadlıqRadiosuna demişdi ki, baş nazirlərin müavinlərinin görüşündə yaradılmış komissiyalar martın 1-ə qədər hansı işləri həyata keçirəcəkləri barədə razılaşma əldə etməlidirlər.

Azərbaycan rəsmiləri danışıqlarla bağlı hansısa açıqlama verməyiblər.

Naxçıvan qatarı Ermənistanda dayanacaqmı?
Gözlə

No media source currently available

0:00 0:03:28 0:00

Riçard Giragosian deyir ki, layihənin uzanmasına əsas səbəb Rusiyadır:

“Müzakirələrdə əsas maneəni yaradan məncə Rusiyadır. Rusiya danışıqlarda dominantlıq edir və prosesi yavaşıdır. Rusiya istəyir ki, bura Avropanın beynəlxalq maliyə institutlarının vəsaitini cəlb eləsin. Bundan başqa Ermənistan tərəfi özü də real razılığa gəlmək və strategiya sərgiləmək üçün tam hazır deyil. Rusiya hər iki tərəfə təzyiq edir və əmin olmaq istəyir ki, Ermənistan Rusiyadan tam asılı qalsın”.

Giroqasian deyir ki, sadə ermənilər hələ də Naxçıvan koridoru ideyasına emosional yanaşırlar, hələki, diqqət daha çox əsirlərin dəyişdirilməsi məsələsinə yönəlib, amma bununla belə, bütövlükdə dəmiryolu Ermənistanın xeyrinədir, çünki onu təcrid vəziyyətindən çıxarır.

O bildirib ki, Naxçıvan dəhlizinin çəkilişinə başlanması hələ 3-5 il çəkə bilər.

XS
SM
MD
LG