Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:46

Pul var, xərcləməyə yer tapmırlar


Almaniyada supermarket
Almaniyada supermarket

“Pandemiya və onu önləmək üçün lokdaun tədbirlərinin Almaniya iqtisadiyyatına təsiri böyük, gözlədiyimizdən daha uzun olacaq”

Cəmi bir neçə həftə öncə Avropanın bir çox ölkələri ümid edirdilər ki, nisbətən varlı vətəndaşları pandemiya dövründə yığdıqlarını xərcləməyə başlayacaqlar və bununla da region iqtisadiyyatında istehlakçı-əsaslı bərpa gedəcək.

Amma COVID-19-un yeni dalğası qitə boyunca yeni lokdaunlara səbəb olub, vaksinasiya ləng gedir. “Reuters” yazır ki, şəxsi əmanətlərin nə zaman xərclənəcəyi hələ də bəlli deyil

Daniel Krupka Berlində yerləşən texnologiya analitik mərkəzinin direktorudur. Almaniya bazar ertəsindən (22 mart) lokdaun uzatdı və o da Hiddensee Baltik adasında apreldə keçirməyi planlaşdırdığı bir həftəlik tətilini təxirə salmağa məcbur oldu.

“Yəqin ki, 2 min avroyadək xərcləyəcəkdik, amma indi bu baş verməyəcək”, – Krupka deyib. O, tətili bu ilin sonuna da keçirə biləcəyini söyləyib. Amma eyni zamanda həmin pulu banka ödəməklə ipotekasından azaltmaq fikri də var.

Lirənin ucuzlaşması Türkiyədəki azərbaycanlılara da zərbə vurub
Gözlə

No media source currently available

0:00 0:04:18 0:00

Artan əmanətlər

Agentlik yazır ki, ötən il Almaniyada real gəlirlərdə yığımın (əmanətin) nisbəti rekord həddə – 16.2 faizə yüksəlib. 2019-cu ildə bu göstərici 10.9% idi.

Fransada ötən ilin dördüncü rübündə bu rəqəm 22.2% olub, ikinci rübdə isə 27.5% idi. İtaliya və İspaniyada da yığım güclü şəkildə artıb.

Proqnozçular və siyasətçilər ümid edirdilər ki, məcburi yığımlar bundan sonra avrozona iqtisadiyyatına xərclənəcək, yerli səviyyədə dirçəlişə səbəb olacaq. Qitə bu sahədə Birləşmiş Ştatlarda xeyli geri qalır.

Almaniya və Fransada yeni qadağalar isə bu ümidlərə kölgə salır. Fransanın Maliyyə Nazirliyi inanır ki, ötən həftə Parisdə və şimal zonanın bəzi hissələrində həyati əhəmiyyətli olmayan sektorları hədəfə alan tədbirlərin iqtisadiyyata təsiri minimum olacaq.

Amma özəl sektor iqtisadçıları elə də nikbin düşünmürlər. “Euler Hermes” kredit sığortaçısı 2021-ci il üçün artım proqnozunu yarım faiz azaldaraq 5.4%-ə salıb.

Artım faizləri azaldılır

Almaniyada Bundesbank dekabrda iqtisadiyyat üçün 3%-lik artım proqnozu irəli sürmüşdü. Amma bu proqnoz qadağaların yazda yüngülləşdiriləcəyi, daha çox adamın peyvənd olunacağına söykənirdi.

“Pandemiya və onu önləmək üçün lokdaun tədbirlərinin Almaniya iqtisadiyyatına təsiri böyük, gözlədiyimizdən daha uzun olacaq”, – bankın baş iqtisadçısı Jens Ulbrix agentliyə deyib.

“Bəzi şeylər təkrar-təkrar alınmır. Birinci lokdaun vaxtı ev kinoteatrı üçün yeni böyük televizor alanlar, yaxud evdə dadlı yeməklər bişirməkdən ötrü yüksək texnologiyalı mətbəx quranlar altı aydan sonra bunu bir də etməyəcəklər”, – aylıq istehlakçı sorğuları keçirən GfK institutundan Rolf Buerkl deyib.

“Eyni şeylər bəzi xidmətlərə də aiddir. Lokdaun vaxtı gedə bilmədiyin üçün sonra bərbərə tez-tez getmirsən ki. Yəni, uzunmüddətli perspektivdə, bəzi istehlakçı xərcləri sadəcə itirilir, sonradan əvəzi ödənmir”, – o, sözlərinə əlavə edib.

Avropa Mərkəzi Bankının baş iqtisadçısı Filip Leyn bu həftə deyib ki, lokdaun tədbirlərinin ikinci rübdə də qalacağı gözləntisi bankın bu il avrozona üçün 4 faizlik artım proqnozunda artıq nəzərə alınıb.

XS
SM
MD
LG