Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:28

ABŞ seçkiləri Ukraynaya yardımı necə təsirləndirəcək


Ukraynanaın birinci ledisi Olena Zelenska ötən iyul ayında ABŞ Konqresində çıxış edərkən
Ukraynanaın birinci ledisi Olena Zelenska ötən iyul ayında ABŞ Konqresində çıxış edərkən

Respublikaçıların bir çoxu və demokratların müəyyən qismi Ukraynaya yardımlara müəyyən həddin qoyulması zərurəti barədə danışırlar

AzadlıqRadiosunun təhlilçisi Todd Prins yazır ki, Ukrayna ötən sentyabrda Qərbin müasir silahlarından istifadə və ağıllı taktika nəticəsində effektiv əks-hücuma keçə və müharibədəki qüvvələr balansını dəyişə bilib.

Birləşmiş Ştatlar Rusiyanın təcavüzünə qarşı döyüşən Ukraynaya bütün digər NATO üzvlərindən daha çox maliyyə dəstəyi verib. Bu rəqəm fevral ayından bəri 60 milyard dollara çatıb.

Prins yazır ki, bu barədə iki əsas siyasi partiya arasında bəzi fikir ayrılıqlarına baxmayaraq Vaşinqtonun Ukraynaya dəstəyinin əzmi azalmayıb.

Lakin hazırda bu məsələ noyabrın 8-də ABŞ-da keçiriləcək aralıq Konqres seçkilərində yenidən aktuallaşıb.

Respublikaçıların bir çoxu və demokratların müəyyən qismi Ukraynaya yardımlara müəyyən həddin qoyulması zərurəti barədə danışırlar.

Rəy sorğuları Konqresdəki 435 mandatın çoxunun respublikaçılar tərəfindən qazanıla biləcəyini göstərir.

Aralıq seçkisində Senatdakı 100 mandatdan 34-nün taleyi həll olunur.

Burada kimin üstünlük qazanacağı hələki açıq sualdır. Demokratlar 2020-ci ildən bəri Konqresin hər iki palatasında çoxluğa malikdirlər.

Makkartidən sərt bəyanat

Respublikaçı millət vəkillərinin liderləri bildirirlər ki, Ukraynaya maliyyə dəstəyi hüdudsuz ola bilməz.

Konqresmen Kevin Makkarti bəyan edib ki, onların Nümayəndələr Palatasında çoxluğu qazanacaqları təqdirdə Ukrayna üçün “açıq çeklərin” yazılması dayandırılacaq.

Məsələ burasındadır ki, aralıq seçkilərində Nümayəndələr Palatasının nəzarəti respublikaçılara keçərsə, Makkarti spiker kürsüsünə sahiblənəcək.

O habelə Nümayəndələr Palatasının büdcə və xarici əlaqələr komitələrinin rəhbərlərini təyin edəcək.

Seçkiqabağı rəy sorğuları göstərir ki, inflyasiyanın yüksəlməsi, benzin qiymətlərinin qalxması, cinayətkarlığın artması amerikalıları ən çox narahat edən məsələlərdir.

Respublikaçılar bu kimi narahtlıqlardan özlərinin seçki uğuru üçün istifadə etməkdə usta sayılırlar.

Buna baxmayaraq Ukraynadakı müharibə, Rusiyanın təcavüzü və başqa xarici siyasət məsələləri seçkiqabağı kampaniyada çox da yada salınmır.

İran dronlarının özəllikləri: Ermənistan bu dronları almağa niyə ehtiyat edir?
Gözlə

No media source currently available

0:00 0:05:12 0:00

Bir səsvermədəki nisbət

Bununla belə az sayda konqresmen prezident Co Baydenin Ukraynaya böyük həcmlərdə silah verməsini sual edir.

Ötən may ayında Nümayəndələr Palatasında Ukraynaya 40 milyard dollarlıq yardımın ayrılması haqqında qanun 368-57 nisbəti ilə qəbul olunmuşdu.

Qanunun əleyhinə səs verən 57 konqresmenin hamısı Respublikaçı Partiyadan idi.

Bu qanun nəhayət Senatdan keçsə də, hər halda illərdir ABŞ-ın İraq və Əfqanıstandakı müharibələrindən qaynaqlanan narazılığı əks etdirmişdi.

ABŞ-ın Ukraynadakı keçmiş səfiri Con Herbst deyir ki, Konqresdə bir və ya hər iki palatanın respublikaçıların nəzarətinə keçməsi Ukraynaya dəstəyi təsirləndirməyəcək:

"Mən əminəm ki, biz Ukraynaya əhəmiyyətli həcmlərdə yardım göndərilməsini davam etdirəcəyik.”

Diplomat qeyd edib ki, respublikaçılar Ukraynaya yardımın zəruriliyini anlayırlar.

Tərəddüd keçirənlər də var

Digər tərəfdən Senatda çoxluq respublikaçılara keçərsə, bu palatanın rəhbərliyinə Miç Makkonnel gələcək. O isə Ukraynaya hərbi dəstəyin ən qızğın tərəfdarlarındandır.

Senator sentyabr ayında demişdi:

"Ukraynaya dəstək təkcə xoş məramlı simvolik jest deyil. Bu, əslində bizim və müttəfiqlərimizin öz milli təhlükəsizliyimizə investisiyamızdır”.

Senator vurğulamışdı ki, Bayden administrasiyası Ukraynaya Rusiya təcavüzünü dəf etmək üçün verdiyi alətləri gücləndirməlidir.

Lakin Ukraynaya yardım göstərilməsi məsələsində tərəddüd keçirənlər yalnız rerspublikaçılar deyil.

Ötən ay 30 demokrat millət vəkili Bayden administrasiyasını Ukraynaya yardımı dayandırmağa və birbaşa Kremllə danışıqlara çağıran məktub yazmışdı.

Hərçənd sonradan məktub müəllifləri onun bir neçə ay əvvəl yazıldığını bəyan etmiş və məktubu geri götürmüşdülər.

“Heç bir respublikaçı “yardım dayansın” deməyib”

Keçmiş ABŞ dəniz piyadası, hazırda isə Londondakı King's College Universitetinin hərbi eksperti Rob Li bildirir ki, ABŞ-dan gələn siqnallar Rusiyanın Ukraynadakı davranışlarına kritik təsir göstərir:

“Əgər Kreml düşünsə ki, ABŞ-ın Ukraynaya dəstəyi uzunmüddətlidir, o danışıqlara daha tez hazır olacaq”.

Əgər aralıq seçkilərdə respublikaçılar qalib gəlsələr, konqresmen Mayk Törner Nümayəndələr Palatası Kəşfiyyat Komitəsinin rəhbəri olacaq.

O deyib ki, “heç bir respublikaçı Ukrayaya yardım göstərilməsinin dayandırılmasına çağırmayıb”.

Noyabrın 3-də Kiyevə səfərləri əsnasında senatorlar – respublikaçı Rob Portman və demokrat Kris Kuns prezident Volodimir Zelenskiyə demişdilər ki, ABŞ-da aralıq seçkisinin nəticələrindən asılı olmayaraq Vaşinqtonun Ukraynaya dəstəyi davam edəcək.

İctimai rəy sorğularının nəticələri Kiyevin xeyrinə deyil

Buna baxmayaraq ABŞ-da son vaxtlarda keçirilmiş rəy sorğularında nəticələr birmənalı olmayıb.

Pew Research mərkəzinin senyabrda keçirdiyi rəy sorğusunda məlum olub ki, respublikaçı və respublikaçılara meylli respondentlərin xeyli hissəsi Ukraynaya həddən artıq çox yardımın göstərildiyini düşünür.

Sorğuda belə düşününlər 32 faiz təşkil edib, hərçənd bu rəqəm mart qyında 17 faiz idi.

Demokrat seçicilər arasında da Ukraynaya göstərilən yardımın qədərindən çox olduğunu düşünənlərin sayı artıb.

Mart ayında rəyi soruşulan demokratların 8 faizi belə düşünürdüsə, son rəqəm 11 faiz olub.

Ümumilikdə respondentlərin 18 faizi Vaşiqntonun Ukrayanaya lazımi dərəcədə yardım göstərmədiyini söyləyib. Halbuki mart ayında belə düşünənlər 42 faiz idi.

Ukrayna cəbhədəki üstünlüyünü saxladıqca

Burası da var ki, aralıq seçkilərində adətən Ağ Evə nəzarət edən partiya uduzur.

Bundan başqa bu seçikilərdə seçiciləri maraqlandıran əsas məsələlər iqtisadi olur.

Ekspertlər bildirirlər ki, ABŞ iqtisadiyyatı resessiyaya uğrasa, Vaşinqtonun Ukraynaya dəstəyi zəifləyə bilər.

Lakin keçmiş ABŞ səfiri Uilyam Kortni düşünür ki, Rusiyanın Ukraynadakı hərbi cinayətləri ABŞ-da ictimai fikri təsirləndirməkdə davam edəcək.

Diplomatın firkincə Ukrayna hazırda cəbhə boyunca ələ aldığı təşəbbüsü saxladıqca ona ABŞ-dan verilən dəstək də səngiməyəcək.

Bu da xəbər verilir ki, aralıq seçkisində respublikaçıların uğurundan narahat olan demokratlar Ukraynaya yardımları nəzərdə tutan qanunvericilik aktlarının dekabr ayınadək qəbuluna tələsirlər.

XS
SM
MD
LG