Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:23

Bəxtiyar Hacıyevin məhkəməsi təxirə salınıb


Aprelin 19-da Nizami rayon Məhkəməsində gənc fəal Bəxtiyar Hacıyevin cinayət işi üzrə əsas məhkəmə iclası keçirilib.

İclasa hakim Emin Axundov sədrlik edib.

Hacıyevin müddətsiz həbsi barədə qərarının dəyişdirilməsi, girov müqabilində onun sərbəst buraxılması, Konstitusiya Məhkəməsinin Alternativ hərbi xidmət haqda qanunvericilikdəki ziddiyyətli məqamlara aydınlıq gətirməsi ilə bağlı qaldırılan vəsatətlər təmin edilməyib.

Bu barədə AzadlıqRadiosuna Vəkil Elçin Namazov məlumat verib. Onun sözlərinə görə, Bəxtiyar Hacıyev martın 4-də saxlanan vaxt döyülməsi, şahid ifadələrinin dinlənməsi və sübutların qəbulu ilə bağlı qaldırdıqları vəsatəti isə qismən təmin edilib:

«Heç bir vəsatətlərimiz təmin edilmədikdən sonra biz məhkəmənin bütün tərkibinə və hakimin özünə etirazımızı bildirdik. Məhkəmə müşavirəyə gedib, qərar isə aprelin 20-si saat 11-də elan olunacaq. Etiraz ya həll olunması üçün Gəncə şəhər Apelyasiya məhkəməsinə göndəriləcək, ya da baxılmamış saxlanacaq. Hakim çox qanunsuzluq edir. Sanki tez bir zamanda nə formada olur- olsun ittiham hökmü çıxarıb, yekunlaşdırmaq istəyirlər».

B.Hacıyev barəsində martın 4-də Gəncə şəhər Nizami rayon Məhkəməsinin qərarı ilə bir aylıq həbs- qəti imkan tədbiri seçilib. Bir neçə dəfə həbs müddəti uzadılıb. Aprelin 8-də isə gənc fəal barəsində müddətsiz həbs qərarı seçilib.

Gənc fəal Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınma) maddəsi ilə ittiham olunur.

Aprelin 19-da keçirilən məhkəmədə iştirak edən Bəxtiyarın dostları üzərində “Bəxtiyara ədalət istəyirik! Çünki Azərbaycanı sevirik yazıları olan köynəklər geyiniblər.

Məhkəmə aprelin 20-si saat 11-ə kimi təxirə salınıb.
XS
SM
MD
LG