Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:11

Amnesty International: ‘22 yaşlı fəalın abidəyə qrafiti çəkdiyinə görə...’


Heydər Əliyevin abidəsi
Heydər Əliyevin abidəsi

Beynəlxalq hüquq müdafiə təşkilatı Amnesty International gənc fəal Qiyas İbrahimov barəsində məhkəmə hökmünü pisləyib.

“22 yaşlı fəalın Azərbaycanın sabiq prezidentinin abidəsi üzərində qrafiti çəkdiyinə görə, 10 il azadlıqdan məhrum edilməsi ifadə azadlığına şokedici təhqirdir”, deyə təşkilatın bəyanatında bildirilir.

Sənəddə qeyd edilir ki, Qiyas İbrahimov və onun dostu Bayram Məmmədov mayın 10-da Heydər Əliyevin Bakıdakı abidəsinə “Rədd olsun sistem!” “Qul bayramınız mübarək!” şüarları yazdıqdan sonra həbs olunublar.

Buna da bax:​ Qiyas İbrahimov 10 il azadlıqdan məhrum edildi [video]

“İstintaq zamanı onlara öz əməllərinə görə, üzr istəmələri üçün işgəncə verilib. Bundan imtina etdikdən sonra gənclərin hər birinin evinə 1 kq heroin qoyulmaqla, böyük ölçüdə narkotik maddə ticarətində ittiham ediliblər”, məlumatda deyilir.

Oktyabrın 25-i Bakı Ağır Cinayətlər Məhkəməsi gənc fəal Qiyas İbrahimova 10 il həbs cəzası verib.

Qiyas İbrahimov başqa bir gənc fəal Bayram Məmmədovla birgə mayın 10-da saxlanıb. Onlara Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb.

Buna da bax: Heykələ yazı yazmış gəncə 10 il verən hakim kimdir?

Mayın 12-də Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında həbs-qətimkan tədbiri seçib. Sentyabrın 6-da B.Məmmədov barəsindəki həbs müddəti 2 ay 1 gün artırılıb.

Hər iki gənc ittihamla razılaşmır və işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildirir.

Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib.

Artıq Bayram Məmmədovun da işi məhkəməyə göndərilib.

Buna da bax:

Qiyas İbrahimov 10 il azadlıqdan məhrum edildi
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

XS
SM
MD
LG