Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:39

Amnesty-dən gələnləri Bakıya buraxmadılar


Amnesty International insan haqları təşkilatı bildirib ki, onun iki nümayəndəsi Azərbaycana daxil olmaq istəyərkən saxlanıb və deportasiya edilib

Amnesty International insan haqları təşkilatı bildirib ki, onun iki nümayəndəsi Azərbaycana daxil olmaq istəyərkən saxlanıb və deportasiya edilib.

Hökumət bütün tənqid və fərqli fikirlərin boğulması üçün apardığı repressiya kampaniyasını dayandırmaq niyyətində görünmür

Londonda mənzillənmiş qrup bəyan edib ki, onun Gürcüstan vətəndaşı olan iki nümayəndəsi oktyabrın 7-də Bakı hava limanında immiqrasiya rəsmiləri tərəfindən saxlanaraq deportasiya ediliblər.

Amnesty bildirib ki, onun nümayəndələrinin deportasiya olunması, Azərbaycanda jurnalistlərin və insan haqları müdafiəçilərinin təqiblərinə daha bir kədərli insidenti əlavə edib.

“Hökumət bütün tənqid və fərqli fikirlərin boğulması üçün apardığı repressiya kampaniyasını dayandırmaq niyyətində görünmür” – deyib Amnesty.

Təşkilatın daha bir nümayəndəsi ötən iyun ayında, Bakı oyunlarının ərəfəsində Binə hava limanında az qala bir sutka saxlandıqdan sonra deportasiya olunmuşdu.

XS
SM
MD
LG