Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:30

İşıq 17 faiz bahalaşdı [şərhlər]

"İşıq bahadır, neyləyək, şam tutaq" (Karikatura)

"Bu savadsız yığını..."

Natiq Cəfərli
Natiq Cəfərli

İqtisadçı ekspert Natiq Cəfərli AzadlıqRadiosuna açıqlamasında Tarif Şurasının işığın qiymətinin qaldırılması haqda açıqlamasını dəyərləndirib:

“Qərardan sitat: Son 10 ildə enerji sisteminin istehsal gücü 5 min 590 meqavatdan 7 min 160 meqavata çatdırılıb, abonentlərin sayı təxminən 1 milyona yaxın artaraq 2,5 milyonu ötüb. Bu savadsız yığını düz-əməlli izah da edə bilmirlər. Bu yatırımların çoxu büdcə hesabına olub, vəsait bizim cibimizdən çıxıb. Əgər abonent sayı artıbsa, demək, daha çox satış olur, daha çox satış olursa, deməli, qazanc da artır”. (Ətraflı)

“Hər şeyi əhalinin üzərinə qoymaq düzgün deyil”

Vahid Əhmədov
Vahid Əhmədov

Elektrik enerjisinin qiymətinin artırılmasından danışan deputat Vahid Əhmədov belə deyir. Onun AzadlıqRadiosuna müsahibəsini təqdim edirik:

– Son zamanlar neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, milli valyutanın məzənnədən düşməsi, bank sistemindəkı çatışmazlıqlar, manata olan tələbatın lazımi səviyyədə ödənilməməsi, qıtlıq yaradılması və s. kimi səbəblər hökuməti bu addımı atmağa məcbur etdi ki,. Əlbəttə, bu addımı atmamaq da olardı, əgər vaxtında digər tədbirlər həyata keçirilsəydi. (Ətraflı)

Başqa sahələrdə də qiymətlər qalxa bilər

“Elektrik enerjisi demək olar ki, bütün sahələrdə istifadə olunan məhsuldur. Ona görə, ümumilikdə qiymətlərə təsirlərdən söhbət gedə bilər”,

Bunu İqtisadi İnkişaf Nazirliyinin sözçüsü Abbas Əliyev bildirib.

Davamı

XS
SM
MD
LG