Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 13:37

Prezident: 'Azərbaycan islahatlar nəticəsində çətin vəziyyətdən şərəflə çıxdı'


İ.Əliyev
İ.Əliyev

«İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi. Azərbaycanda sabitlik təmin edildi. Sabitliyin mənbəyi xalq-iqtidar birliyidir. Dünyada gedən xoşagəlməz proseslər, qanlı toqquşmalar, müharibələr, münaqişələr göstərir ki, sabitlik olmayan yerdə inkişafdan söhbət gedə bilməz».

Bunu prezident İlham Əliyev dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə xalqa təbrikində deyib.

İ.Əliyev vurğulayıb ki, xarici siyasətin əsas məsələsi Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllidir. Prezident deyib ki, bu istiqamətdə nəticələr olmasa da, 2017-ci ildə Azərbaycanın mövqeyi daha da möhkəmlənib:

«Birinci onu qeyd etməliyəm ki, separatist rejimin keçirdiyi qondarma «referendum»u dünya ictimaiyyəti qəbul etmədi. Nə qonşu ölkələr, nə Avropa İttifaqı, nə də ki, bütün başqa ölkələr bu qondarma «referendum»u tanıdı. Beləliklə, bir daha göstərdilər ki, bütün dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır».

«Ermənistan qeyd-şərtsiz danışıqlara qoşulub»

Dövlət başçısının fikrincə, ikinci önəmli məsələ Ermənistan qeyd-şərtsiz danışıqlara qoşulmasıdır:

«Baxmayaraq ki, şərt qoyurdu. Danışıqlar qeyd-şərtsiz bərpa edildi. Ümid edirəm ki, danışıqlar nəticəsində biz məsələnin həllinə nail ola bilərik. Əlbəttə ki, danışıqlarda bizim mövqeyimizi güclü iqtisadi və hərbi potensial daha da gücləndirir».

***Buna da bax-'İlin hadisəsi – Mehriban Əliyevanın təyinatıdır'

Prezident bildirib ki, bu il məcburi köçkünlərin problemlərinin həlli işində «tarixi hadisə» baş verib. O vurğulayıb ki, Şıxarx qəsəbəsində 1170 ailədən ötrü tikilən şəhərcik açılıb.

«2017-ci il tarixdə dərin, köklü və nəticə verən iqtisadi islahatlar ili kimi qalacaq»

Prezident deyib ki, qarşıda duran bütün vəzifələri icra etməkdən ötrü güclü iqtisadiyyat lazımdır:

«Biz bu istiqamətdə də bu il çox fəal işləmişik. 2017-ci il tarixdə dərin, köklü və nəticə verən iqtisadi islahatlar ili kimi qalacaq. Baxmayaraq ki, neftin qiyməti hələ də aşağı səviyyədədir və Azərbaycanda neftin hasilatı düşür, Azərbaycan apardığı islahatlar nəticəsində çətin vəziyyətdən şərəflə çıxa bildi».

***Buna da bax-Ötən il nə ilə yadda qaldı? Əmanəti batan, evindən çıxarılan, həbs olunanlar... [video]

Prezident vurğulayıb ki, bu il iqtisadiyyatın qeyri-neft sektoru 2 faizdən çox, iqtisadiyyatımızın qeyri-neft sənayesi 3 faizdən çox, kənd təsərrüfatı isə 4 faizdən çox artıb:

«Hesab edirəm ki, indiki şərait üçün bu, çox yaxşı nəticədir. Əminəm ki, 2018-ci ildə rəqəmlər daha da böyük olacaq. Eyni zamanda, biz öz valyuta ehtiyatlarımızdan da çox səmərəli şəkildə istifadə etdik. Baxmayaraq ki, neftin qiyməti aşağı düşüb, biz valyuta ehtiyatlarımızı artıra bilmişik, özü də böyük dərəcədə. Valyuta ehtiyatlarımız 4.5 milyard dollardan çox artmışdır. Bu da bizim strateji ehtiyatımızdır, bizə həm iqtisadi, həm də siyasi müstəqillik verən və onu gücləndirən amillərdən biridir».

Prezident çıxışında bu il «Azəri-Çıraq-Günəşli» neft yataqlarının istismar müddətinin uzadılması məsələsinə də toxunub:

«Bu kontrakt 2050-ci ilə qədər qüvvədə olacaq və ölkəmizə milyardlarla dollar gəlir gətirəcək. Sadəcə olaraq, Azərbaycana verilən bonus 3 milyard dollardan çoxdur...».

***Buna da bax-Ekspert: 'Azərbaycan məişət korrupsiyası ilə mübarizədən kənara çıxa bilmir' [video]

Dövlət başçısı daha bir mühüm hadisə kimi Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını qeyd edib.

«IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları...»

O deyib ki, bu il Azərbaycan idmançıları da xalqı qələbələrlə sevindiriblər:

«Bakıda ən yüksək səviyyədə keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları birinci yerə layiq görüldülər. Bütün müsəlman aləmində birinci yeri qazanmaq çox böyük tarixi nailiyyətdir. Əgər biz 2015-ci il Avropa Oyunlarını yada salsaq, orada da Azərbaycan komandası ikinci yerdə idi. Yəni, bu, bir daha onu göstərir ki, Azərbaycan güclü idman dövlətidir.

Bu il Azərbaycanda «İslam Həmrəyliyi İli» elan olunmuşdu. Hər zaman olduğu kimi, Azərbaycan bütün məsələlərdə İslam həmrəyliyinin güclənməsinə öz töhfəsini verir. Bu il də istisna olmayıb».

İ.Əliyev deyib ki, 2017-ci il Azərbaycandan ötrü uğurlu olub.

XS
SM
MD
LG