Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:01

Kirill Ayasofyanın məscidə çevrilməsini ‘Allah cəzası’ adlandırıb


Ayasofya
Ayasofya

Moskva və Bütün Rusiyanın patriarxı Kirill ötən il Türkiyə hökumətinin İstanbuldakı Ayasofya məbədinin muzey statusundan məhrum edilməsi və məscidə çevrilməsi qərarını Konstantinopol (İstanbul) patriarxı Varfolomey üçün “Allah cəzası” adlandırıb.

Rossiya 24 kanalına müsahibəsində Rus Pravoslav Kilsəsinin (RPK) rəhbəri fikrini aydınlaşdıraraq əlavə edib ki, Varfolomey Ukrayna Pravoslav Kilsəsinə müstəqillik verdiyinə görə Allah tərəfindən cəzalandırılıb.

Patriarx Varfolomey
Patriarx Varfolomey

“Allah hökmünün işarəti”

RPK 2018-ci ildə qəbul edilmiş bu qərarı kilsə ixtilafı hesab edir.

Ukrayna Kilsəsini RPK-nın tabeçiliyindən çıxaran qərardan sonra Rusiya Kilsəsi Konstantinopol patriarxlığı ilə “ruhani münasibıətlərini” kəsib və daha Rusiya məbədlərində oxunan xütbə və dualarda Varfolomeyin adı çəkilmir.

Patriarx Kirill deyib:

"Patriarx Varfolomey ixtilafçıları Kiyevin müqəddəs ocağına, Kiyevin Sofiya məbədinə ucaldıb, əvəzində Konstantinopol Sofiyasını itirib. Onu məscidə çeviriblər. Allahın hökmündən irəli gələn aşkar nəticələrə bundan da bariz işarət tapmaq çətindir”.

Rusiya patriarxı Varfolomeyin hərəkətini “cinayət” adlandırıb, amma deyib ki, onda olan məlumata görə o bu qərarı “hansısa superdövlətə bağlı qüvvələrin” təzyiqi altında atıb.

Ukraynanın iki kilsəsi

Patriarx Kirillə müsahibə yanvarın 7-də, Rus Pravoslav Kilsəsinin İsanın mövludunu bayram etdiyi gündə efirə verilib.

Konstantinopol Kilsəsi Miladı dekabrın 25-də qeyd edir.

Pravoslav kilsələri arasında “bərabərlərin birincisi” adlandırılan İstanbul patriarxlığı Ukrayna Pravoslav Kilsəsinə müstəqillik sənədi olan toması Moskvanın etirazlarına baxmayaraq verib.

Nəticədə Ukraynada iki pravoslav kilsəsi əmələ gəlib. Onlardan biri hələ də Moskva patriarxlığına tabedir.

Moskva məhz bu kilsəni Ukraynanın qanuni kilsəsi hesab edir.

Rusiya turistlərini “qabağa salan” qərar

Türkiyədə ən ali inzibati məhkəmə sayılan Dövlət Şurası ötən il hökumətin 1934-cü il tarixli qərarını ləğv dib.

Bu qərarla Ayasofya məbədinə muzey statusu verilmişdi. Beləliklə xristianlığın qədim məbədi məscidə çevrilib.

Bu qərar prezident Recep Tayyip Erdoğanın təşəbbüsü ilə qəbul olunub.

Rusiya hakimiyyəti hadisəni təmkinlə şərh edib. Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Ayasofyanın məscidə çevrilməsindən Rusiya turistləri qazanıblar:

“Ayasofyaya giriş biletləri çox baha idi, amma indi giriş pulsuz olacaq”.

XS
SM
MD
LG