Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:28

Deyəsən, manatı 'çökdürən' səbəbin biri tapıldı...


Azərbaycan Beynəlxalq bankı
Azərbaycan Beynəlxalq bankı

Bu il “Azərbaycan Beynəlxalq Bankı”nın (ABB-nin) toksik aktivlərinin "Aqrarkredit"ə ötürülməsinin birinci mərhələsi uğurla başa çatıb. Bu barədə bankın ilk yarımilə aid birləşdirilmiş audit hesabatında deyilir. Məlumatda bildirilir ki, birinci mərhələ çərçivəsində bankın balansından çıxarılan problemli aktivlər 9 milyard 930 milyon manat həcmindədir. Həmin aktivlərin mütləq əksəriyyəti xarici valyutada olanlardır. “Hazırda ikinci mərhələnin aparılması müzakirə olunur. Bu prosesin 2016-cı ilin 2-ci, 2017-ci ilin 1-ci yarısında tamamlanması planlaşdırılır”, - sənəddə belə yazılıb.

Buna da bax:​ Ekspert: 'Görünən odur ki, valyuta bazarında ciddi tələb var'

Ötən il imzalanan baş sazişə əsasən...

Ümumiyyətlə, ABB-də problemli kreditlərin həcmi tam açıqlanmır. Xatırladaq ki, Maliyyə Nazirliyi, Azərbaycan Mərkəzi Bankı (AMB) və “Aqrarkredit” QSC arasında ötən il avqustun 11-də imzalanan baş sazişə əsasən, ABB-nin problemli kreditləri 2015-ci ildən 2017-ci ilədək “Aqrarkredit”ə transfert ediləcək. ABB ötən il dekabrın 28-də “Aqrarkredit” QSC-dən “Zəmanət və öhdəlik” məktubu alıb. Bu məktub çərçivəsində “Aqrarkredit”in ABB-yə 5,7 milyard manat məbləğində öhdəliyi yaranıb.

“ABB-də “sehrli mədə”nin qurbanı...”

İqtisadçı ekspert Rövşən Ağayev ABB-dəki vəziyyəti “fəlakətli durum” sayır: “ABB-də problemli aktivlərin maksimum 6 milyard manat olduğu deyilirdi. İndi məlumat verilir ki, 2016-cı il ərzində 10 milyard manata yaxın toksik aktiv "Aqrarkredit"ə ötürülüb. Bunun da əksəriyyəti xarici valyutada olan aktivlərdir. İl ərzində valyuta bazarını silkələyən, manatı xarici valyutalar qarşısında çökməyə məcbur edən əsas səbəblərdən birini bax burda axtarmaq lazımdır”.

Buna da bax:​ Beynəlxalq Bank 200 milyon dollar kredit alıb

Ekspert problemin bununla bitmədiyinə, əksinə, daha da dərinləşəcəyinə diqqət çəkir: “Sən demə, 10 milyard manatlıq əməliyyat hələ sağlamlaşdırmanın 1-ci mərhələsiymiş, 2-ci mərhələ gələn il başlanır. Bu mərhələdə nə qədər problemli aktiv AMB-nin çap maşınını hərəkətə gətirəcək, onu dilə gətirmirlər. Bu gedişlə axırda məlum olacaq ki, ABB-də, ən azı, 10 milyard dollar "sehrli mədə"nin qurbanı olub”.

Diqqət: “Əsrin korrupsiyası”

R.Ağayevin fikrincə, bu, Azərbaycan miqyasda ölkədən ötrü "əsrin korrupsiyası"dır: “Ətrafımızda olan heç bir ölkənin bank sektorunda belə genişmiqyaslı korrupsiya cinayəti baş verməyib. Gürcüstanda, Qazaxıstanda, Rusiyada belə özbaşınalığın, pinti menecmentin olmasını təsəvvürə gətirə bilərsinizmi?”.

Buna da bax:​ Borc bazarında artımın səbəbləri...

“Axı “Aqrarkredit” XX əsrin ortalarında ilişib qalan arxaik qurumdur”

Bank məsələləri eksperti Əkrəm Həsənov “Aqrarkredit”ə ötürülən10 milyard manatın böyük ehtimalla əksər hissəsinin qayıtmayacağını düşünür: “Yalnız ona görə yox ki, borclu oliqarxların pulu yoxdur. Həmçinin ona görə ki, “Aqrarkredit” XX əsrin ortalarında ilişib qalmış arxaik bir qurumdur. “Aqrarkredit” özü nədir ki, ölkənin əsas problemlərindən biri olan ABB-nin kreditlərini qaytarsın?”.

“O filmi yada salın...”

Ekspert “Aqrarkredit”in yaranma tarixçəsinə toxunur: “2000-ci ildə Nazirlər Kabinetinin sərəncamı ilə Azərbaycan Səhmdar Kommersiya Aqrar-Sənaye, Səhmdar İnvestisiya və Əmanət Bankları ləğv edilmişdi. Onların bazasında indiki “KapitalBank” və bu “Aqrarkredit” yaradılmışdı. “KapitalBank” ləğv edilən 3 bankın “sağlam aktiv və öhdəliklərinin birləşməsi hesabına”, “Aqrarkredit”sə həmin bankların “problemli borc və öhdəliklərinin” bazasında qurulmuşdu. Məşhur “Əkizlər” filmi yadınızdadır? Orada Schwarzenegger-in qəhrəmanına atalarından ən yaxşı genlər, De Vitonun qəhrəmanına isə tullantılar nəsib olmuşdu. Eynilə Kapital Banka da 3 bankın sağlam əmlakı, “Aqrarkredit”ə isə zir-zibil çatmışdı. Bu mənada “Aqrarkredit” zibillikdən yaranmış qurumdur”.

Buna da bax:​ Beynəlxalq Bankın problemli aktivlərindən bir xəbər yoxdur

XS
SM
MD
LG