Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:57

NATO Moskvaya pandemiyaya baxmayaraq ayıq-sayıq olduğunu ‘eşitdirir’


NATO-nun baş katibi Jens Stoltenberg
NATO-nun baş katibi Jens Stoltenberg

NATO-nun baş katibi Jens Stoltenberg deyib ki, hərbi alyans koronavirus pandemiyasının təhlükəsizlik hədəsinə çevrilməsinə yol verməməlidir.

Stoltenberg əlavə edib ki, Rusiya kimi rəqiblər, habelə terrorçu qruplaşmalar vəziyyətdən fürsətlənə və düşmən hərəkətlərə əl ata bilərlər.

Baş katib bu bəyanatları aprelin 1-də video mətbuat konfrası zamanı səsləndirib.

Yeri gəlmişkən, NATO xarici işlər nazirlərinin görüşü də son 70 ildə ilk dəfə olaraq videobağlantı ilə keçiriləcək.

Müttəfiqlər bu görüş zamanı COVID-19 epidemiyası ilə bağlı planlarını müzakirə etməlidrlər.

Hazırda bütün dünyada bu virusa 880 min adam yoluxub, bunlardan 44,100 nəfəri vəfat edib.

Stoltenber bildirib ki, alyansın ilkin vəzifəsi bu sağlamlıq böhranının təhlükəsizlik böhranına çevrilməsinə yol verməməkdir.

Virusun yayılmasının yavaşıdılması üçün keçirilən tədbirlər NATO-nun hərbi manevlərini bir qədər səngidib, amma Stoltenberg-in dediyinə görə alyans “əməliyyat hazırlığını qoruyub saxlayır”.

Rusiya hərbi fəallığını artırıb

Baş katib deyib ki, müttəfiqlər quruda və səmada alyansın sərhədləri boyunca patrul keşiyini davam etdirir.

O bildirib ki, bu arada Rusiyanın artmaqda olan hərbi fəallığı NATO-dan hətta pandemiya zamanı da ayıq-sayıq dayanmağı tələb edir:

"Biz Rusiyanın NATO sərhədlərinə yaxın qərb hərbi rayonlarında keçirdiyi təlimlər də daxil Şimal dənizində Rusiyanın hərbi mövcuddiyyətini əhəmiyyətli şəkildə artırdığını müşahidə edirik”.

Ötən həftə Rusiya NATO-nun Şərqi Avropa müttəfiqlərinin sərhədlərinə ən yaxın iki hərbi bölgədə genişmiqyaslı hərbi təlimlər keçirib.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, təlimlərdən məqsəd strateji raket qüvvələri də daxil, qoşunların hər hansı yoluxmaya hazırlığını yoxlamaqdır.

Bu arada Britaniya hərbi dəniz donanması bildirir ki, onun gəmiləri La-Manş boğazında və Şimal dənizində “fəallığını qeyri-adi şəkildə” artırmış Rusiya gəmilərinin müşahidəsini davam etdirir.

Litva bildirib ki, NATO Rusiya hərbi təyyarələrinin ərazi üzərindən 5 uçuşunu qeydə alıb.

NATO xarici işlər nazirlərinin videokonfransı aprelin 2-də keçiriləcək.

XS
SM
MD
LG