Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 16:33

Təhlükənin qara buludları Qara dəniz üzərindən çəkilmir


Krımın Simferopol sahilləri
Krımın Simferopol sahilləri

Martın əvvəllərində bir qrup diplomat, siyasətçi və ekspert Qara dəniz ətrafında yaranmış təhlükəli vəziyyəti müzakirə etmək üçün əfsanəvi Odessa şəhərinə toplanmışdı.

İştirakçılar üçün iki məsələ əyan idi: Birincisi, Rusiya regionda sülh və firavanlığın bərqərar olunması yolunda başlıca əngəldir. İkincisi isə Gürcüstan və Ukrayna kimi ölkələrin gözləntiləri ilə onlara Qərb müttəfiqlərinin reallıqlda təklif edə biləcəkləri arasındakı fərq böyükdür.

Bir çox mənalarda bu xeyli kədərli bir Odessa görüşü idi.

Gürcüstan və Ukraynadan olan iştirakçıların son məqsədi aşkar idi: Mümkün qədər tez bir zamanda NATO üzvü olmaq, bunun ardınca Avropa İttifaqına qoşulmaq, habelə Rusiyanı beynəlxalq qanunlara tabe etdirmək məqsədilə Moskvanın daha sərt sanksiyalarla hədəflənməsi və bir də Almaniya tərəfindən dəstəklənən ŞimalAxını 2 kimi layihələrin dayandırılması.

Rusiyanın Admiral Grigorovich freqatı Bosfordan keçir
Rusiyanın Admiral Grigorovich freqatı Bosfordan keçir

Burada Türkiyəni Bosfor boğazını Rusiya gəmiləri üçün bağlamağa məcbur etmək kimi daha sərt bəyanatlar da səslənirdi. Ukraynanın xarici işlər naziri Pavlo Klimkin Qara dənizin 24 saat ərzində dənizdən, kosmosdan və yerdən monitorinq olunmasını təklif etmişdi.

Qərbli iştirakçılar belə söz-söhbətlərə narahatlıqla reaksiya verirdilər.

Həqiqət isə bundan ibarətdir ki, Avropa İttifaqı noyabrın axırlarında Kerç boğazında Ukraynanın 24 dənizçisinin həbsi ilə bağlı 8 rusiyalının üzərinə aktivlərin dondurulması və viza məhdudiyyəti qoyulması kimi tədbirləri görməlidir. Bu tədbirə Birləşmiş Ştatların da qoşulacağı gözləniləndir, amma bu, çətin ki, Moskvanı dənizçiləri azad etməyə sövq etsin.

ABŞ dövlət katibinin müavini George Kent AzadlıqRadiosunun müxbirinə etiraf edib ki, Qərb sanksiyaları hələlik Moskvanı, bunların ziyanını dərk edəcək qədər təsirləndirə bilməyib.

Doğrudur, Vaşinqton və Brüsseldə Rusiyanın üzərinə maliyyə, enerji və müdafiə sektorlarına münasibətdə edildiyi kimi, dənizçilik sektoru üzrə də sanksiyaların tətbiqi, Rusiyanın Qara və Azov dənizinlərindəki portlarının, habelə dəniz daşımaları və nəqliyyatı şirkətlərinin hədəflənməsiməsələsi müzakirə olunur, amma belə yanaşma bir çox Avropa paytaxtlarını açmır.

AzadlıqRadiosu müxbirinin Ukrayna dənizçilərinin nə zaman azad oluna biləcəklərinə dair sualına Klimkin cavab verib ki, Moskva “məhbus dənizçilərdən Ukraynada prezident seçkisinin ərəfəsində bir növ təsir aləti kimi istifadə edir”.

Hərbi vəziyyət bundan da təhlükəlidir. ABŞ-ın Donald Cook raket esminesi Odessanı fevralın sonunda tərk edib. Bu gəmi burada Türkiyə hərbi donanması ilə birlikdə keçirilən qarşılıqlı əməliyyat təlimində iştirak edirdi.

ABŞ-ın Donald Cook esminesi Odessa portunda
ABŞ-ın Donald Cook esminesi Odessa portunda

Ötən il ABŞ-ın dörd hərbi gəmisi Odessa limanına daxil olub. Birləşmiş Ştatlar Ukraynaya iki sahil keşiyi kateri vermək niyyətindədir. Ötən il Gürcüstana da bu katerlərdən ikisi verilib. Bundan başqa Kiyev təkmilləşdirilmiş radar sistemi ilə təchiz olunub. Hələlik mümkün olanı budur.

“Qara dənizdə də ötən il NATO-nun Norveçdə 50 min əsgərin iştirakı ilə keçirdiyi Trident təlimlərinə bənzər manevrlərin keçirilməsi mümkündürmü” sualına “yox” cavabı verilir.

NATO-nun Baltık strategiyası Baltikyanı ölkələrdə və Polşada batalyonların yerləşdirilməsini nəzərdə tutsa da, Qara dəniz strategiyası haqqında bunu demək çətindir.

Qara dəniz sahillərində yerləşən üç NATO ölkəsinin - Türkiyə, Rumıniya və Bolqarıstanın “təhlükə qavraması” bir-birinə uyğun gəlmir.

Türkiyə rəsmiləri AzadlıqRadiosu müxbirinə Krım məsələsində Ukrayna ilə həmrəy qaldıqlarını desələr də, əlavə ediblər ki, regionda daha böyük gərginliyin yaranmasını istəmirlər.

Vəziyyət o qədər qarışıqdır ki, onlar NATO-nun əvəzsiz partnyorları olaraq, istəsələr həm ABŞ-ın F-35 qırıcılarını, həm də Rusiyadan onların vurulub salınması üçün nəzərdə tutulmuş S-400 raketlərini ala bilərlər.

Belə bir vəziyyətdə Qara dənizdə qüvvələr balansının, habelə Gürcüstan və Ukrayna kimi iki dövlətin gələcək taleyinin necə olacağını bəri başdan söyləmək olmur.

XS
SM
MD
LG