Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:31

Azərbaycanda siqaret istehsalı "fontan vurur"


►İndiyədək olmamışdı: Yerli istehsal xarici siqareti sıxışdırmağa başlayıb

Yerli istehsalın ümumi həcmi 21 milyon manata yaxın və ötən ildən 14,1 milyon manat çox olub

Azərbaycanda siqaretin istehsal həcmi onun qanuni yolla gətirilən həcminə yaxınlaşıb. Daha ucuz qiymətə təklif olunan yerli məhsul bahalı xarici tütün markalarını bazardan sıxışdirir.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin 4 ayında ölkədə 43 milyon 360 min qutu siqaret buraxılıb.

İstehsal əvvəlki ilin eyni dövrünə nisbətən 54,3 faiz artıb. Yerli istehsalın ümumi həcmi 21 milyon manata yaxın və ötən ildən 14,1 milyon manat çox olub. Artımın əsas hissəsi siqaretin bahalaşmasından qaynaqlanır. Komitənin hesablamasına görə, bir qutu siqaretə əvvəlki illə müqayisədə indi 76 faiz artıq pul ödəyirlər.

DSK-nın məlumatlarından görünür ki, ölkədə istehsal olunan bir qutu siqaretin satış qiyməti, ƏDV, aksiz vergisi daxil olmadan, təqribən 48,4 qəpiyə bəyan olunur. Pərakəndə satışda isə qeyri markadan olan siqaretlərin quyməti 1 manat 10 qəpikdən 2 manat 20 qəpiyədək dəyişir.

____________________________________________________________

Bunlara da bax:
"Bayram Məmmədov işgəncə izlərini göstərdi"- [Video]
Azərbaycan təyyarəsi maneəyə dəyib- [Yenilənib]

____________________________________________________________

İdxala gəlincə...

İdxalda vəziyyət distribütor şirkətlərinin xeyrinə deyil. Dövlət Gömrük Komitəsinin (DGK) gündəlik informasiya buraxılışları qaçaq yolla ölkəyə siqaret gətirməyə cəhd edənlərlə mübarizə tədbirlərinə dair məlumatla doludur. Komitə bildirir ki, təkcə may ayının ötən günlərində 624,5 min ədəd siqaretin Azərbaycana qeyri-leqal yollarla gətirilməsinin qarşısı alınıb.

Vergi və rüsumları ödəməklə distribütorların gətirdikləri siqaretin sayı ilin ilk 3 ayında 3 dəfə azalıb.

DGK-da AzadlıqRadiosuna deyiblər ki, ilin əvvəlindən Azərbaycana 1,1 milyard ədəd və ya 55 milyon qutu siqaret gətirilib. Ötən ilin yanvar-mart aylarında isə 3 milyard ədəddən çox siqaret idxal olunmuşdu.

Siqaretin əsas təchizatçıları Rusiya (681,1 milyon ədəd) və Ukraynadır (376,9 milyon ədəd). Almaniyadan (19,6 milyon ədəd) və Birləşmiş Ərəb Əmirliklərindən (16,1 milyon ədəd) də az miqdarda siqaret gətirilir.

Hansı qiymətə rəsmiləşdirilir?

Hesabatlara görə, xaricdən gətirilən siqaretin bir qutusu gömrükdə 0,38 dollara rəsmiləşdirilir. Bu, 2016-cı ilin birinci rübündə belə idi. Ötən ilin ilk rübündə xarici siqaretləri Azərbaycan gömrüyündə 54 sentdən ucuz rəsmiləşdirmirdilər.

Azərbaycan siqaretləri həm də xaricə (ABŞ, Mozambik və İraq) satılır. Birinci rübdə 1 milyon 117 min qutu siqaret qutusu 26,5 sentə ixrac olunub.

Buna da bax: Gənclər həbsdə qaldı

Gənclər həbsdə qaldı
Gözlə

No media source currently available

0:00 0:03:15 0:00

XS
SM
MD
LG