Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:01

Kasıblar üçün ucuz evlər? Doğrudan?


İllüstrasiya
İllüstrasiya

►Dövlət başçısı yaxın zamanlarda Azərbaycanda sosial mənzil tikintisi proqramının ictimaiyyətə təqdim ediləcəyini söyləyib

Sosial evlərin tikintisi reallaşa bilər. Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında belə deyib:

“Bu, yeni təşəbbüsdür. Bəzi ölkələrdə bu praktika var. Biz müsbət praktikanı öyrənirik, öyrənmişik. Buna böyük ehtiyac və tələbat var. Sosial mənzillərin tikinti prosesi yaxın zamanlarda başlanacaq».

“Sosial Mənzil Fondunun yaradılmasında əsas məqsəd...”

Prezident layihənin regionları da əhatə edəcəyini bildirib:

“Regionlarda işsizliyin azaldılması və maddi imkanları aşağı olan aztəminatlı əhalinin mənzil probleminin həlli üçün bütün şəhərlərdə, rayon mərkəzlərində sosial mənzillərin tikintisinə başlanacaq. Xüsusilə qeyd etmək istəyirəm ki, nəinki Bakıda və böyük şəhərlərdə - bütün şəhərlərdə, bütün rayon mərkəzlərində. Dünya təcrübəsindən istifadə etməklə, vətəndaşların belə evlərə sahibolma qaydaları və həmin mənzillərdə yerləşdirilən insanlara mülkiyyət hüququnun verilmə prosedurları müəyyən ediləcək. Sosial Mənzil Fondunun yaradılmasında əsas məqsəd belə mənzilləri aztəminatlı əhaliyə aşağı qiymətlərlə və uzun müddətə kreditlə təqdim etməklə onların mənzil problemlərinin həllindən və sosial rifah hallarının yaxşılaşdırılmasından ibarətdir. Bu tipli mənzillərin tikintisi həm Bakı şəhərində, həm də bütün digər rayon və şəhərlərdə geniş şəkildə aparılacaq».

Əslində, sosial mənzil tikintisi yeni təşəbbüs deyil. 2008-ci ildə qəbul edilən Mənzil Məcəlləsinə görə, Azərbaycanda sosial mənzil fondunun yaradılması və dövlət sosial mənzillərinin inşası nəzərdə tutulurdu. O vaxtlar mediada fondun yaradılması ilə bağlı layihənin hökumətə təqdim olunduğuna dair məlumat da verilmişdi.

Yalnız gəlişmiş və irəliləməkdə olan ölkələrdə, o sıradan Türkiyədə deyil, bir sıra MDB dövlətlərində, eləcə də Rusiyada belə fondlar fəaliyyət göstərir. Sözügedən fond vətəndaşlara əlverişli şərtlərlə mənzil sahibi olmaq imkanı verir.

“Bu ideya çoxdan gündəmdə olsa da...”

___________________________________________________________

Bunlara da bax:
"Boko Haram" qızları buraxmağa 50 milyon istəyir
Gül bayramının formatı dəyişib

___________________________________________________________

Bəs bu dəfə proqramın icrası nə qədər realdır? Hansı halda proqram evsizlik problemini çözəcək?

Əmlak məsələləri eksperti Rəşad Əliyevin sözlərinə görə, sosial evlər institutu xeyli ölkədə inkişaf etdirilib:

“Bizdə bu ideya çoxdan gündəmdə olsa da, bu istiqamətdə real addımlar atılmayıb. Bundan ötrü bir çox işlər görülməlidir. İlk növbədə sosial evlər institutunun hüquqi çərçivəsi və tətbiq üsulları müəyyənləşdirilməlidir. Yəni, bu mənzillər kimə veriləcək, nə cür veriləcək, onun üzərində hüquqlar necə olacaq və s. suallar cavabını tapmalıdır”.

Ekspertin fikrincə, sonraki vacib məsələ layihənin reallaşdırılması üçün maliyyə mənbələrinin və işlərin çoğrafiyasının müəyyən edilməsidir:

“Yerdə qalanlar artıq texniki xarakter daşıyacaq”.

“Söhbət ilboyu 10-15 bina tikintisindən gedirsə...”

R.Əliyev qeyd edir ki, sosial evlər institutu ilə dövlət iki məqsədə çatmaq istəyir:

“Birinci məqsəd azgəlirli ailələrin evlə təminatı, ikinci məqsədsə tikinti sektorunun canlandırılmasıdır. Axı layihələrin həyata keçirilməsindən çox sayda tikinti şirkəti, inşaat materialları istehsalçısı bəhrələnəcək. Bu isə yeni iş yerləri, yeni vergi ödənişləri, bir sözlə, canlanma deməkdir”.

“Layihənin gerçəkləşdirilməsi nə dərəcədə realdır” sualını ekspert belə cavablayıb:

“Əlbəttə realdır, çünki əsas məsələ pulun olmasıdır. Ancaq ən böyük məsələ bu işin hansı həcmdə görülməsidir. Söhbət ilboyu 10-15 bina tikintisindən gedirsə, sözsüz ki, layihə öz məqsədinə çatmayacaq».

Buna da bax: İpoteka şərtləri çətinləşir

İpoteka şərtləri çətinləşir
Gözlə

No media source currently available

0:00 0:05:36 0:00

​Evlərin qiyməti düşüb, yoxsa qalxıb? - [cavab]​

XS
SM
MD
LG