Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:30

Kiçik dükanların təzə rəqibi gəlir


İllüstrasiya
İllüstrasiya

►Bakıda Avropa supermarketləri

Dekabrın 4-də Bakıda Niderlandın “Spar” şəbəkəsinə aid supermarketin açılışı olub.

Açılış mərasimində “Spar İnternational" şirkətinin nümayəndəsi Robi Van Stadin deyib ki, marketlərin sayı sürətlə artacaq və 3 ili əhatə edəcək dövrdə lkin olaraq Azərbaycan ərazisində 25-dən 30-dək belə ticarət-iaşə obyekti açılacaq.

Holland ticarət nəhəngini Azərbaycana ölkə boyu 41 ticarət obyekti olan “Araz” supermarketlərinin sahibi olan “Azretail” şirkəti gətirib. Amma şirkətin rəhbəri Vüsal Şərifov deyib ki, “Araz” və “Spar” fərqli ticarət konsepsiyasına malikdirlər və ayrı-ayrılıqda inkişaf edəcəklər.

Lakin “Spar” Azərbaycanda uğur qazanarsa, ola bilsin ki, “Araz” supermarketlərinin bəzisi gələcəkdə “Spar” nişanı adı altında fəaliyyətini davam etdirsin.

“Spar” həm də öz məhsullarını özü bişirib isti-isti satan şəbəkə kimi tanınır. “Spar”ın 12 kateqoriyada 300-dən çox öz əmtəə məhsulu var.

Buna da bax: Xaricdə təhsil alan dindarlara pis xəbər

Buraya yeni bişmiş çörək, başqa un məmulatları, salatlar, isti xörəklər daxildir. Alıcı supermarketdən aldığı əti əlavə haqq ödəmədən elə buradaca kabab çəkdirə bilər. "Spar"ı digər ticarət şəbəkələrindən bu özəlliyi fərqləndirir.

“Spar” supermarketlərində qiymətlərin yüksək olmadığını bildirir. “Avropadandırsa, demək bahalıdır” stereotipi bizim supermarketlərimiz üçün keçərli olmayacaq. Tam əksinə, burada qitmətlər cibə uyğundur” – “Azretail” MMC-nin rəhbəri belə deyir.

Diqqət çəkən fakt ondan ibarətdir ki, son illər Bakıda çoxlu sayda supermarketlər şəbəkəsi yaradılıb.

Bu ticarət şəbəkələri artıq kiçik dükanlarla deyil, həm də öz aralarında rəqabətə başlayıblar. Yeni supermarketlər bəzən bazarda “oturuşmuş” rəqiblərinin qonşuluğunda açılır.

Düzdür, bir çox alıcılar deyirlər ki, hələ bunun elə bir xeyrini görmürlər. Çünki, ərzaq məhsullarının idxalına ayrı-ayrı şirkətlər nəzarət etdikləri üçün qiymətlərə çox az faizlə endirimlər olur.

Lakin ara yerdə kiçik dükan və marketlərə zərbə dəyir: dövriyyələri azalır, bəziləri isə qapısını bağlamalı olur.

XS
SM
MD
LG