Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:59

Ukrayna iqtisadiyyatı uzun müharibəyə tab gətirərmi


Xarkov yaxınlığında buğda zəmisi
Xarkov yaxınlığında buğda zəmisi

Maliyyə naziri hər ay ölkədə 5 milyard dollarlıq maliyyə defisiti yarandığını deyir

“The Economist” dərgisi Ukrayna iqtisadiyyatının Rusiyanın təcavüzü uzun çəkəcəyi halda buna çətinliklə tab gətirə biləcəyini yazır. Amma ölkənin maliyyə naziri Sergey Marçenko dərgiyə “öhdəsindən gələrik” deyir.

Ukrayna iqtisadiyyatı müharibədən öncə yaxşı vəziyyətdə idi, buğda, dəmir və poladın yaxşı ixrac qiymətlərinin də bunda rol vardı. Hazırda ölkənin Rusiya işğalı ilə mübarizə aparmasına baxmayaraq, dərgi pensiyaların və hökumət maaşlarının hələ də ödəndiyini yazır, hətta işğal altında olan ərazilərdə belə. Məsələ ondadır ki, Ukraynada internet və 3G mobil xidməti hər yerdə yaxşı işləyir.

Aya 5 milyard dollar defisit

Di gəl, proqnozlar ürəkaçan deyil. Dünya Bankı bu il ölkə iqtisadiyyatında 45% azalma proqnozlaşdırır. Marçenko özlərinin proqnozunun 44 faiz olduğunu deyir. Gömrük gəlirləri müharibədən öncəki səviyyənin 25 faizinə düşüb. Hərbi maaşlar da böyükdür, baxmayaraq silah-sursat əsasən Qərbdən gəlir. Marçenko hazırda kiçik və orta biznesin könüllü əsasda vergi ödədiyini vurğulayıb.

Nazir hər ay ölkədə 5 milyard dollarlıq maliyyə defisiti yarandığını, bunun Ukraynanın müharibə davam etdikcə azalan ÜDM-nin təxminən 5 faizinə bərabər olduğunu qeyd edib. Marçenko çarəni mərkəzi bankın əlavə pul çap etməsində görür. Daha bir yol müharibə istiqrazları buraxmaqdır. Əsas mənbə isə xarici yardım ola bilər ki, nazir gününün böyük hissəsinə lobbiçiliyə həsr etdiyini deyib.

Ağrılı tədbirlər

ABŞ Nümayəndələr Palatası mayın 11-də Ukraynaya 40 milyardlıq yardım layihəsini təsdiqləyib. Bu məbləğin 15 milyarda yaxını Ukrayna ordusu üçün silah və hərbi texnika alınmasına, 14 milyardı humanitar yardıma, ukraynalı qaçqınlara dəstəyə, 5 milyardı isə buğda qıtlığının nəticələrini aradan qaldırmağa sərf olunmalıdır.

Ukraynanın maliyyə naziri müsahibəsində etiraf edib ki, müharibə daha “üç, ya dörd ay” çəkərsə, ağrılı tədbirlərə ehtiyac yarana, vergilər artırıla, xərclərdə nəhəng azalmalar gərəkə bilər.

Artıq Ukraynada əkin mövsümü başa çatıb, əvvəlki illərin 80 faizi qədər səpin həyata keçirilib. Dərgi yığım zamanı yarana biləcək problemlərə toxunur. Ölkənin əsas limanı olan Odessa tamamilə bağlıdır, Berdyansk, Mariupol limanları da Rusiyanın nəzarəti altındadır.

Ekspert: Ukraynada müharibənin yeni mərhələsi başlayır
Gözlə

No media source currently available

0:00 0:02:53 0:00

Anbarlar doludur

Ukrayna heç adəti üzrə xaricə göndərilən məhsulu da yola salmayıb deyə, anbarlar doludur.

“Anbarları ixraca hazır buğda, un, qarğıdalı ilə dolu gördüm. Rusiyanın müharibəsi, Qara dəniz limanlarını blokadaya alması bu çox vacib ərzağın çatdırılmasını dayandırıb, həssas vəziyyətdə olan ölkələr üçün dramatik fəsadlar törədib”, – bu günlərdə Odessada olmuş Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel belə deyib.

Ukrayna Prezidenti Volodimir Zelenski beynəlxalq ictimaiyyəti blokadanı qaldırmaq üçün Rusiyaya təzyiq göstərməyə çağırıb.

Avropa Yenidənqurma və İnkişaf Bankının bu həftə açıqladığı proqnoza görə, Ukrayna iqtisadiyyatında 30 faiz azalma gözlənir.

XS
SM
MD
LG