Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:42

Britaniyalı ekspert həmsədrlərin prezidentlərə təzyiq etdiyini deyir


Prezident İlham Əliyevin ermənistanlı həmkərı Robert Koçaryanla görüşü
Prezident İlham Əliyevin ermənistanlı həmkərı Robert Koçaryanla görüşü

Nə qədər paradoksal görünsə də, hazırda söhbət konfliktin bu il həllindən yox, sülh prosesinin xilasından gedir.


Mərkəzi Londonda yerləşən Müharibə və Sülh Xəbərləri İnstitutunun Qafqaz üzrə eksperti Tomas De Val konfliktin bu il həll olunacağını gözləmir. O deyir ki, konfliktin nizamlanmasına iki əsas faktor maneə yaradır. Birincisi, nə Azərbaycan, nə də Ermənistan xalqı kompromisə və dialoqa hazırdır. İkincisi isə Dağlıq Qarabağın statusu ilə bağlı razılığın olmamağıdır. Erməni tərəfi Dağlıq Qarabağın Azərbaycanın nəzarətinə qayıtmasına razılaşmır, Azərbaycan isə bu ərazinin itirilməsi ilə barışmır. Azərbaycan və Ermənistan liderlərinin Rambuyedəki uğursuz danışıqlarından sonra vəziyyət daha da ağırlaşıb. Atəşkəsin pozulması demək olar ki gündəlik normaya çevrilib. ATƏT-in Minsk Qrupunun son həftələr fəallaşmasına baxmayaraq, sülh prosesi demək olar ki, yerindən tərpənmir.


Tomas De Val inanır ki, sülh prosesini yalnız beynəlxalq ictimaiyyətin problemə daha böyük diqqəti xilas edə bilər.


“Məsələn, münaqişə zonasına minlərlə beynəlxalq sülhü mühafizə qüvvəsinin göndərilməsi barədə öhdəlik vəziyyəti dəyişə bilərdi. Lakin hazırda beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağdan daha çox İraq, Əfqanıstan, İsrail və Fələstindəki vəziyyət narahat edir.”


Münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupu həmsədrlərinin bir neçə ay qabaq verdikləri nikbin bəyanatları britaniyalı ekspert diplomatik gediş sayır. Onun fikrincə, vasitəçilər gözləntiləri artırmaqla razılığa gəlmələri üçün prezidentlərə təzyiq göstərməyə çalışırlar. Bu cür bəyanatlar Ki-Uestdəki danışıqlardan qabaq da verilirdi. O vaxt da sülh sazişindən tez-tez danışılır, bununla da vasitəçilər liderlərə təsir göstərməyə çalışırdılar:


“Bir qayda olaraq nikbin bəyanatlar daha çox Amerikadan və az da olsa Fransadan gəlir. Ruslar daha ehtiyatlı bəyanatlar verirlər”.


Tomas De Valın qənaətinə görə, Dağlıq Qarabağa sülh rusların Qarabağda sülh olacağını deməyə başlayan vaxt gələcək.


XS
SM
MD
LG